Dollar 7 lirəyə yaxınlaşır
Dünən 6.80 səviyyəsini aşaraq 2018-ci ilin Avqust ayından bəri ən yüksək səviyyəyə qalxan dollar/Türk Lirəsi məzənnəsi bu səhər 6.83 səviyyəsini də keçib.
Bakı vaxtı ilə saat 10:40-da Dollar/Tl məzənnəsi 0,3% artıma 6,8346 səviyyəsində olub.
Marja-nın məlumatına görə, analitiklər məzənnənin 6.89-u keçməsi halında 7 psixoloji səviyyəsini də aşacağını gözləyirlər.
Qeyd edək ki, Dollar/TL məzənnəsi 2018-ci ilin Avqust ayında 7 səviyyəsini keçmişdi.
Koronavirus pandemiyası Türk Lirəsi üzərində təzyiq yaradıb. Ölkdə iqtisadi fəaliyyətin dayanması məzənnəyə mənfi təsir edir.
Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitiklərinə görə, qlobal iqtisadiyyatın zəifləməsi, Türkiyənin ixrac potensialına mənfi təsir etməklə yanaşı, TCMB-nin faiz azaldılması siyasəti fonunda xarici investisiyaların azalması gözləntiləri lirəyə olan təzyiqləri daha da artırır. Dollar/Türk Lirəsi məzənnəsi hazırda 2018-ci ilin avqust ayının maksimumuna doğru bahalaşmaqdadır və bu, 7.10 lirə səviyyəsi ehtimallarını da artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
14 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
16 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 17 saat əvvəl
-
17 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















