EUR/USD məzənnəsi düşməyə başlayıb
Amerikanın iqtisadiyyata dəstəyi mövzusunda çox irəlidə olduğu bir şəraitdə bu, Avropada gecikir, İngiltərə iqtisadiyyatında isə risklər artır.Beynəlxalq maliyyə bazarlarında Avropada iqtisadiyyata dəstək olmaq üçün Avropa Birliyinin Zirvə toplantısının nəticələri çox saylı tənqidlərlə rastlaşıb. Xüsusilə də Almaniya höküməti yaradılacaq yenidən qurma fondunun 500 milyard və sonra 1 trilyon avroya çatdırılacaq maliyyə yardımının detallarının qeyri-müəyyən qalmasından narazıdır. Bu istiqamətdə Avropa Birliyi Komissiyasının may ayının ortalarına kimi model hazırlayacağı gözlənilir.
EUR/USD məzənnəsi yenidənqurma fonduna dair xəbərlərin yayılmasından sonra ucuzlaşmağa başlayıb. Bu, dolların aparıcı valyutalara nisbətən orta qiymətinin də bahalaşmasına səbəb olub. Bu, Amerika hökümətinin iqtisadiyyata dəstək mövzusunda öndə olması ilə daha da güclənməkdədir. Bununla yanaşı, Amerika prezidenti Donald Tramp əyalət sədrlərini sosial və iqtisadi məhdudiyyətləri də artıq aradan qaldırmağa çağırıb.
GBP/USD məzənnəsi də həm dolların bahalaşması, həm enerji birjalarında neft qiymətlərinin ucuzlaşması, həm də İngiltərə iqtisadiyyatına dair fundamental göstəricilərin zəifləməsi ilə təzyiq altındadır.
USD/JPY məzənnəsi isə Yaponiya hökümətinin 1.1 trilyon dollarlıq iqtisadi yardım paketinin qəbul etməsinə məhdud reaksiya göstərib. Dollar/Yen valyuta cütlüyünün qiyməti 107 və 108 yen arasında dalğalanmaqda davam edir. Yaponiya höküməti vətəndaşlara nağd şəkildə paylanması planlaşdırılan yeni maliyyə yardımı ilə iqtisadiyyatın 4.4% böyüyəcəyini proqnozlaşdırır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 12 d. əvvəl
-
26 d. əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
29 d. əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 52 d. əvvəl
-
9 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
12 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 13 saat əvvəl
-
13 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı





























