“Bizdən depozit qəbul edilmir, avtomobilimizi sürə bilmirik”
Əcnəbilər tərəfindən gətirilən və xarici ölkədə qeydiyyatda olan avtomobil hər hansı təminat üsulu tətbiq edilmədən (depozitsiz) Azərbaycanda 90 gün müddətində qala bilər. Avtomobili ölkə ərazisinə gətirən şəxs gömrük orqanına müraciət edərək qanunvericiliyə əsasən müvafiq təminat üsullarından istifadə etməklə bu müddəti uzada bilər. Bu halda isə qanunvericilikdə müəyyən edilən müddət 1 ilə qədərdir.
Azərbaycanda yaşayan, xarici vətəndaşlığı və ya ikili vətəndaşlığı olan şəxslər tərəfindən xarici dövlətlərdə (əsasən Gürcüstan) daimi qeydiyyatda olan avtomobilləri həmin ölkələrdən alınmaqla ölkə ərazisinə müvəqqəti gətirilməsi halları kütləvidir. Qanunvericiliklə müəyyən olunmuş 90 gün ölkə ərazisində qalma müddəti başa çatdıqdan sonra müvəqqəti gətirilmiş avtomobil təminat (depozit) qarşılığında 1 ilədək sürülür. Məsələn, Gürcüstanda avtomobil Azərbaycandan ən azı 2 dəfə ucuzdur. Bu ölkədən ucuz qiymətə avtomobili almaqla, yuxarıdakı mexanizmdən istifadə edərək gömrük ödənişləri ödəmədən avtomobil Azərbaycanda 1 il 90 gün istifadə etmək mümkündür. Bu müddətdən sonra avtomobil Gürcüstana aparılaraq tranzit nömrə ilə Azərbaycana qaytarılmalı, gömrük ödənişləri həyata keçirilməli, Azərbaycanın daimi qeydiyyatına daxil edilməlidir. Ya da avtomobil heç qaytarılmaya bilər.
Xeyli müddətdir karantin rejimilə əlaqədar sərhədlər bağlı olduğundan əcnəbilər 90 gün ölkə ərazisində qalma müddəti başa çatmış avtomobilləri Gürcüstana qaytara bilmirlər.
Gürcüstan seriyalı avtomobili Azərbaycanda sürənlərdən biri də Vüqar Murtuzovdur. Onun Marja-ya verdiyi məlumata görə, təkcə Zaqatala-Balakən ərazisində 600-dən çox avtomobil sahibi çətin vəziyyətdə qalıb. Səbəb gömrük orqanının depoziti qəbul etməməsidir.
“90 günlük hüququmdan istifadə etmişəm. Buna sözüm yoxdur. İndi məndən depozit alıb avtomobili 1 il sürməyə icazə verməlidirlər. Koronavirusa görə sərhəd bağlıdır, avtomobili Gürcüstana qaytara bilmirik. Gömrük orqanı da müddəti uzatmır. İndi avtomobillərimizi sürə bilmirik. Biz xahiş edirik ki, ya depozit qəbul edib müddəti 1 il uzatsınlar ya da sərhəd açılana qədər avtomobilimizi sürməyə icazə versinələr”,- Vüqar Murtuzov bildirdi.
Onun sözlərinə görə, 90 gün başa çatandan sonra gömrük orqanı depozit qarşılığında avtomobili sürməyə icazə verlə bilər, amma depoziti qəbul etmir:
“Bizə bildirilib ki, avtomobillər terminalın dayanacağında saxlanılmasa 700 manat cərimə olunacağıq. Mart ayından bəri ötən dövr üçün dayanacaq haqqı ödəməliyik. İndi isə bildirirlər ki, "həyətinizdə saxlayın, amma sürməyin". Qanunla 90 gün bitdikdən sonra depozit ödəyib 1 ilədək sürmək hüququmuz var. Amma depozit götürmürlər, deyirlər ki, “depozitin qəbul edilməsi üçün giriş-çıxış olmalıdır”. Bu düzgün deyil, koronavirusdan əvvəl Azərbaycan gömrüyünə yaxınlaşıb müddəti deposit ilə uzatmaq mümkün idi, Gürcüstana gedib qayıtmaq tələb olunmurdu. Əgər səbəb sərhədin bağlı olmasıdırsa, bu da, bizim günahımız deyil. Yuxarı dövlət orqanlarından xahiş edirik, bizə güzəşt etsinlər. Biz depozit də ödəməyə hazırıq. Ya depozit qəbul edilsin, ya da sərhəd açılana qədər bizə avtomobilimizi sürməyə icazə versinlər. Qeyd edim ki, bizim də ölkəyə xeyirimiz dəyir - avtomobilimiz üçün benizin, digər ehtiyaclarımızı ödəmək üçün də ərazaq və qeyri-ərzaq məhsulları alırıq”.
“SUİ-İSTİFADƏ HALLARINA YOL VERİLİR”
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi ötən ilin Noyabr ayında avtomobillərin müvəqqəti olaraq Azərbaycana gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirdiyiniz açıqlamışdı.
“Məsələ ilə bağlı müvafiq araşdırmalar onu göstərir ki, qanunvericiliklə nəzərdə tutulan bu güzəştdən sui-istifadə hallarına yol verilərək, əsasən gömrük ödənişlərini ödəməmək, həmçinin AVRO-4 ekoloji standartlara cavab verməyən avtonəqliyyat vasitələrinin gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə etmədən ölkə ərazisində idarə edilməsi, xüsusilə də qeyri-qanuni sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün istifadə olunur. Üstəlik, müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin əksəriyyətinin istehsal buraxılış tarixi 15-20 ili ötüb, texniki göstəricilərə görə qənaətbəxş deyil və qəbildən olan avtonəqliyyat vasitələri ölkənin ekoloji durumunun korlanması ilə yanaşı, həmçinin yol qəzalarının artmasında da potensial təhlükə yaradırlar. Gömrük orqanları da yuxarıda sadalanan amilləri nəzərə alaraq gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib”,- Komitənin məlumatında bildirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
13 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























