Neftçalada Nərə Balıqartırma zavodu tikilir
Neftçalada Nərə Balıqartırma zavodu tikilir.
Bu barədə Kür Təcrübə Nərə Balıqartırma zavodunun direktoru Elşən Məcidov məlumat verib.
Onun sözlərinə görə, Neftçalada Kür Təcrübə Nərə Balıqartırma zavodunun bir hissəsi yenidən qurulmaqla ərazidə böyük infrastriktura malik nərə balıqartırma zavodu inşa edilir. Yenidənqurma və tikinti işləri son 20 ildə fəaliyyətsiz qalan Kür Təcrübə Balıqartırma zavodunun bazasında aparılır. 64 il əvvəl, Neftçala rayonunun Yenikənd kəndində salınan zavod hazırda ən müasir texnaloji avadanlıqlar tətbiq edilməklə tkilir. Ərazidə inzibati və yardımçı tikililərin inşaası yekunlaşmaq üzrədir.
İstehsal sahələrində, o cümlədən qapalı su çevirmə sistemində isə hazırda avadanlıqlar quraşdırılır. 21 tikilidən ibarət olan və 70 hektar ərazini əhatə edən zavodun ərazisində açıq havada 35 nohur yaradılıb. Ümumiyyətlə, müasir tələblərə uyğun qurulan Kür Təcrübə Balıq artırma müəssisəsində nərə cinsli balıqların kürüsündən körpə balıqlar alınacaq. Filtirasiya olunmuş suda yetişdirilən balıqların bir hissəsi ekoloji layihə olaraq Kür çayı və Xəzər dənizinə buraxılacaq. Məqsəd sözü gedən su hövzlərində nərə cinsli balıqların nəsli kəsilmə təhlükəsini aradan qaldırmaqdır. Zavodun əsas iş prinsipi su itikisi olmadan yəni ekologiyaya zərər vermədən balıq yetişdirmək olacaq. Zavodda CITES Konvensiyası (”Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti”) çərçivəsində nəsli kəsilməkdə olan 4 növ edemik balığın (bölgə, kələmo, nərə və uzunburun) yetişdirilməsi planlaşdırılır. Yetişdirilən nərə cinsli balıq körpələrinin bir hissəsi böyüdülərək əmtəəlik məqsədi ilə istifadə ediləcək. İstehsal olunan balıq əti və kürü təbii su hövzələrindən ovlanan balıqlardan alınan məhsullardan fərqlənməyəcək . Bunun üçün rayonun Şirvanlı kənd ərazisində, Xəzər dənizinə yaxın sahədə yardımçı təsərrüfat yaradılıb. 64 dairəvi hovuz tikilib və dəniz suyu ilə doldurulub.
Zavodda ilkin mərhələdə il ərzində 100 ton əmtəəlk balıq və 10 ton kürü istehsal olunacaq. Əldə edilən məhsulun bir qismi yerli təlabatın ödənilməsinə, qalanı isə ixrac ediləcək.
Yenikənddə olan nərə balıqartırma təsərrüfatında yetişən kiçik balıq körpələrinin 100 qramdan artıq böyüdüyü halda tam təbii olaraq dəniz suyu ilə qidalanan hovuzlarda yetişdirilir. Xəzər dənizində nərə cinsindən olan balıq növünün tükənməsi təhlükəsi olduğundan bu layihənin də əsas məqsədi ekoloji problemin həll olunması istiqamətində atılan addımlardan biridir.
Bundan əlavə, müəssisə sənaye turuzmi istiqamətində də fəaliyyət göstərəcək. Belə ki, zavoddakı istehsal sahələrinin bir hissəsi olduğu kimi saxlanılacaq. Balıqçılıqla maraqlanan turistlərə, həmçinin məktəblilər və tələbələrə həm yeni, həm də əvvəlki illərədə körpə balıqların yetişdirilməsi prosesi əyani olaraq nümayiş olunacaq.
Qeyd edək ki, zavodun tikintisinə 2018-ci ilin oktyabr ayında başlanılıb və yaxın müddətdə istifadəyə verilməsi gözlənilir. Zavodda dövlət investisiya payı 51% faiz, qalan pay isə “Azərbaycan Fish Farm” MMC-yə məxsusdur.
APA
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
13 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
13 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 14 saat əvvəl
-
14 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
























