"SOCAR-da ştat sayı həddindən artıq yüksəkdir"
Koronavirus pandemiyası dünyada ən böyük iqtisadi böhranı yaratmaqdadır. Bu böhran nəticəsində artıq bir çox şirkətlər müflis elan edilib, bir çoxunun gəlirləri azalıb. Aviaşirkətlər, geyim istehsalçıları ilə yanaşı, nəhəng enerji şirkətləri də gəlirlərinin kəskin azalması fonunda ixtisarlar həyata keçirir. Məsələn, ABŞ-ın "Chevron" neft şirkəti hazırda davam edən restrukturizasiya çərçivəsində işçilərinin 10-15%-ni ixtisar edəcəyini də elan edib. ABŞ-ın nəhəng neft-serviş şirkəti “Halliburton” təkcə Hyuston şəhərindəki mənzil-qərargahında min nəfər əməkdaşını ixtisar edib. BP şirkəti ilin sonuna qədər 10 min işçisini ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Bu, şirkətin ümumi personalının təxminən 15%-ni təşkil edir.
Bəs Azərbaycanda, xüsusilə də Dövlət Neft Şirkətində (SOCAR) işçilərin ixtisarı həyata keçirilməlidirmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əgər Azərbaycanda iqtisadi vəziyyətin stabil inkişaf etdiyi bir dövr və tək neftin qiymətləri ilə bağlı problem olsa idi, SOCAR-da optimallaşdırma ilə bağlı müəyyən addımların atılmasına ehtiyac var idi.
O qeyd edib ki, şirkətdə optimallaşdırma aparılması çoxdan yetişib.
“SOCAR-da ştat sayı həddindən artıq yüksəkdir və ştat sayı ilə görülən işin həcmi arasında disbalans mövcuddur. Amma ölkədə işsizliklə, sosial problemlərlə bağlı pis bir trendin olduğunu nəzərə alsaq, indiki dövrdə bu addımın atılması o qədər də məqsədəuyğun sayıla bilməz. Normal dövr, pandemiya ilə əlaqədar olaraq işsizlik olmasa idi, SOCAR-da optimallaşdırma aparılmasının zamanı çoxdan yetişmişdi. Yəni təkcə neftin qiymətlərinin azalması ilə müşahidə olunan bir proses olsa idi, o zaman bu addım atıla bilərdi. Azərbaycanda rəsmi rəqəmlərə görə, mart ayında 90 700 işsiz var idi, indi artıq 600 min insana işsizliklə bağlı müavinət verilir. İşsizlərin sayında ciddi nəzərəçarpan artım var”.
Ekspert hesab edir ki, SOCAR-ın optimallaşdırma həyata keçirməsi iqtisadi nöqteyi-nəzərdən məntiqli ola bilər, amma sosial nöqteyi-nəzərdən və onun dövlət şirkəti olduğunu da nəzərə alaraq indiki dövrdə optimallaşdırma məqsədəuyğun sayıla bilməz. Onun fikrincə, bu işsizliklə bağlı problemi daha da artıra bilər.
“Ona görə də SOCAR indiki dövrdə ciddi təhlillər aparıb, gələcəkdə, yəni post-pandemiya dövründə, artıq iqtisadiyyatın çarxlarının yenidən dönməyə başladığı dövrdə işlərinin optimallaşdırılması ilə bağlı bir plan hazırlamalıdır. İndidən onun stres-testlərini keçirməlidir. Buna uyğun şərait yaranarsa, işçilərin sayında optimallaşmaya gedə bilər. Bu da SOCAR-da həm gəlirlilik, həm də effektiv idarəetmə nöqteyi-nəzərdən ciddi pozitiv dəyişikliyə, dinamikaya səbəb ola bilər. Ona görə də indidən bununla bağlı bir model qurulmalıdır, amma indi bu addımın atılması o qədər də məqsədəuyğun deyil”,- ekspert əlavə edib.
O həmçinin qeyd edib ki, SOCAR-ın xaricdəki törəmə şirkətlərində opimallaşdırma işləri aparması daha asan və ağrısız ola bilər. N. Cəfərlinin fikrincə, ilkin olaraq həmin törəmə şirkətlərdən başlayaraq optimallaşma yolunda müəyyən addımların atılması daha məqsədəuyğun ola bilər.
“Ona görə də ümumilikdə SOCAR-ın həm törəmə şirkətlərində, həm də ana şirkətdə optimallaşdırma ilə bağlı ümumi planının olmasına ehtiyac var. Nə qədər işçi qüvvəsinə ehtiyac olduğu barədə hesablamalar aparılmalı və bu işçi qüvvəsinin fəaliyyət istiqamətlərini nəzərə alaraq effekivliyinin artırılması üçün addımlar atılmalıdır. Pandemiyanın gətirdiyi müxtəlif iş formaları var. Maaşların azaldılması yolu ilə işçilərin ixtisarı deyil, evdən işləməsi kimi addım atıla bilər, uzaqdan iş rejimini daha da genişləndirmək olar. Bu da maaşların bir hissəsini azaltmaqla optimallaşma addımlarından biri ola bilər. Amma xaricdəki törəmə şirkətlərində bu addımın atılması daha məqsədəuyğundur, daha ağrısız keçər”.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 34 d. əvvəl
-
- 44 d. əvvəl
-
55 d. əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
1 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
1 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 2 saat əvvəl
-
2 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib


























