Dollar bahalaşıb, qızıl ucuzlaşıb
Beynəlxalq maliyyə bazarlarında Amerikada iqtisadi canlanma gözləntiləri, dolların bahalaşmasına, qızılın isə ucuzlaşmasına səbəb olub.
Almaniyanın xarici ticarətinə dair fundamental göstəricilərin proqnozlaşdırılandan zəif açıqlanması və Yunanıstanda işsizliyin yenidən artmağa başlaması, avronun ucuzlaşmasına səbəb olub. Avrozonada iqtisadi zəifləmə və dollara olan tələbin artması, özünü GBP/USD məzənnəsinin ucuzlaşmasında da göstərib. Bununla yanaşı, Amerikanın əmək bazarında işsizlik üzrə müavinətlərin sayında həftəlik azalmanın proqnozlaşdırılandan daha yaxşı açıqlanması, dolların bahalaşmasını sürətləndirib.
Bu gün isə investorların diqqət mərkəzində Amerikanın istehsal sektorunda qiymət indeksi ilə bağlı vacib məlumatlar olacaqdır. İstehsal qiymətlərinin bahalaşması, həm sənaye istehsalının artmasına, həm də inflyasiyanın yüksələ biləcəyinə işarədir. Daha pis yayımlanacağı halda, bu, Amerikada 0.1%-ə kimi geriləmiş inflyasiyanın deflyasiyaya keçə biləcəyi ehtimallarını artıracaqdır.
Dünya iqtisadiyyatının ən böyük payına sahib Amerikada iqtisadi canlanma, özünü dərhal əlvan metallar bazarlarında da qızılın qiymətinin ucuzlaşması ilə göstərib. Gələcək dalğalanmaya gün ərzində dərc ediləcək göstəricilərdən də asılı olacaqdır.
Böyüklüyünə görə dünya iqtisadiyyatında ilk 10-luqda yer alan Kanadadan açıqlanacaq əmək bazarına dair statistika məlumatlar da bu baxımından önəmli rol oynayacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 d. əvvəl
"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
- 22 d. əvvəl
-
-
32 d. əvvəl
Azərbaycanın mühəndislik şirkəti 10 milyon manatdan çox xalis mənfəət əldə edib
- 46 d. əvvəl
-
54 d. əvvəl
AYİB: ABŞ tarifləri Azərbaycanda ən çox alüminium ixracına təsir edib
- 56 d. əvvəl
-
1 saat əvvəl
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
1 saat əvvəl
Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ
-
1 saat əvvəl
Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI
Son Xəbərlər

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək

"Port Baku"nun yanında metro stansiyası olacaq

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti 72 dolları keçib

Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
Ən çox oxunanlar

BYD Avropada Tesla-nı ardıcıl ikinci aydır geridə qoyur

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub

“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
