Azercell-in yeni 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər!
(®️) Abunəçilərinin rahatlığını hər zaman prioritet hesab edən edən “Azercell Telekom” MMC, #Rəqəmsal Günlər çərçivəsində yeni kampaniyaya start verir.
Bu dəfə lider mobil operator müştərilərinə 4G WiFi modemini təqdim edir. Yeni modem eyni zamanda 32 istifadəçiyə internetdən yararlanmaq imkanı verərək, mobil telefon, planşet, televizor, kompüter və digər simsiz internetə qoşula bilən bütün cihazları yüksək sürətli mobil data xidmətləri və sabit siqnal ilə təmin edir. Cihazın digər üstünlüyü isə əhatə radiusunun 150-200 metr olmasıdır ki, bu da öz növbəsində modem vasitəsilə uzaq məsafədən belə internetə qoşulmaq imkanı yaradır.
Kampaniya çərçivəsində abunəçilər 4G WiFi cihazı ilə yanaşı 1 ədəd DATA tarifində olan Fakturasız xətt nömrəyə və 1 aylıq 50 GB həcmində internetə də sahib olur . Yeni 4G WiFi cihazlarını cəmi 129 AZN ödəyərək Azercell-in bütün Diler Ofislərindən əldə etmək mümkündür.
Qeyd edək ki, kampaniya yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/wifi_modem_50gb/ səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
18 d. əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikilir
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 1 saat əvvəl
-
1 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
1 saat əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikilir
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Alüminium ixracında dövlət şirkətindən güclü artım
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
Ən çox oxunanlar
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Aviaşirkətin ixracında kəskin sıçrayış
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur

























