Bakı Nəqliyyat Agentliyi 12 aylıq texniki dəstək üçün 2,2 milyon manat ödəyir
Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün 12 aylıq texniki dəstək xidməti” üçün elan etdiyi tenderi yekunlaşdırıb. Marja “Dövlət satınalmalarının vahid elektron portalı”na istinadən xəbər verir ki, qalib şirkət “Smartech System” MMC-dir.
Bakı Nəqliyyat Agentliyi qalib şirkət ilə müqavilə imalayıb. Müqavilənin məbləği 2 milyon 166 min 480 manatdır.
10 min 10 manat nizamnamə kapitalı olan “Smartech System” MMC 2013-cü ildə yaradılıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova, ev 59, M2, m.1-dir. “Smartech System” MMC nin qanuni təmsilçisi isə Novruzov Kamal Yusif oğludur.
BNA rəhbəri 2,2 milyon manatı öz şirkətinə verib?
Turan agentliyinə görə, məlumatların təhlili göstərir ki, seçilmiş xidmət təminatçısının Bakı şəhər ictimai nəqliyyat tənzimləyicisinin rəhbəri ilə müəyyən bağlılığı var.
Agentlik yazıb ki, "Smartech System" MMC 2013-cü ilin mart ayında təsis edilib. Əvvəlcə şirkətin hüquqi ünvanı burada idi: Bakı şəhəri, Xətai rayonu, 7-ci Dairəvi, 16. Reyestr məlumatlarına görə, şirkət yaradılan zaman “ABSF 2013” MMC adlanıb. Şirkətin direktoru Elnarə Seyfəddin qızı Bayramova (1963-cü il təvəllüdlü) idi. Bayramovlar ailəsinə aid bu ünvanda (qeydiyyat tarixi dekabr 2013) “Travel Time” MMC qeydiyyata alınıb. Bu şirkətin direktoru Aytən Xanlar qızı Bayramovadır. 32 yaşlı Aytan Bayramova Orxan Bayramovun bacısıdır. Orxan Bayramov “K Group” şirkətini idarə edir. "K Group" MMC avtobus nəqliyyatı və metroya bilet satışı üzrə inhisarçı operatordur. Şirkətin hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 3 mənzil 13-dür. Eyni ünvanda “GMSA” şirkəti yerləşir (Mart 2014). Onun qanuni nümayəndəsi Vüsal Ağaməmməd oğlu Kərimli həm də “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinin İdarə Heyətinin sədridir. Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, Vüsal Kərimli eyni zamanda “Qlobal Qiymət Qrupu” MMC-nin həmtəsisçisi və direktorudur (sentyabr 2010).
Hazırda "Smartech System" şirkəti yeni bir ünvana köçüb (Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 59, M2, mənzil 1). Təsis ediləndə bu şirkətin nizamnamə kapitalı 10 manat idi. İndi şirkətin kapitalı 10 min manata artırılıb.
Maraqlıdır ki, bu ilin iyun ayında BNA “Techmaster” MMC ilə texniki xidmətlərin satın alınması və 12 ay müddətində sahə texnikalarının təmiri üzrə xidmətlərin satın alınması üzrə qalib elan edib. Söhbət Bakı şəhərində İNİİS-ə xidmət edən eyni cihaz və qurğulardan gedir. Müqavilənin dəyəri 1 milyon 799.8 min manatdır (1 milyon 58 min dollar).
İyul ayında yerli “Mobilex” şirkəti BNA-dan iki müqavilə alıb. Birincisi, Mərkəzi Məlumat Sisteminin (ISS) “Oracle” məlumat bazasını “Postgresgl” məlumat bazası ilə əvəz etməkdir (420,3 min manat və ya 247,2 min dollar). Digər 366,1 min manat (215.3 min dollar) BNA tərəfindən bu şirkət vasitəsi ilə 12 ay ərzində göstərilən sistemin saxlanmasına xərclənəcək.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 11 saat sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
7 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
8 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
9 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti





















