“Kontakt Home”un sahibi istiqraz buraxmağa hazırlaşır
“ABC-Telecom” şirkəti kapital bazarlarından 7,5 milyon manat vəsait cəlb edəcək“Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC istiqraz buraxmağa hazırlaşır.
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 7 500 ədəd (7,5 milyon manatlıq) istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. Onları təxminən 20 investorun alacağı gözlənilir. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar 1 il dövriyyədə olacaq. Onların illik gəlirliyi 10%-dir. Faizlər aylıq ödəniləcək. Emissiyanın məqsədi dövriyyədə vəsaitinin artırılmasıdır.
Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















