"ABŞ-ın Çin ilə iqtisadi əlaqələrini dayandırmaq niyyətindəyəm"
ABŞ Prezidenti Donald Trump, Bazar ertəsi günü təşkil etdiyi mətbuat konfransında Çinə təhdidlər edib.ABŞ Prezidenti Donald Trump, ABŞ-ın Çin ilə iqtisadi əlaqələrini dayandırmaq niyyətində olduğunu qeyd edib və ölkə xaricində məşğulluq yaradan Amerika şirkətlərini cəzalandıracağı və Çin ilə iş görən şirkətlərin federal tenderləri qazanmalarını qadağan edəcəyi təhdidini dilə gətirib.
Marja xəbər verir ki, Trump, Bazar ertəsi günü təşkil etdiyi mətbuat konfransında, "Kritik emal sektoru məhsullarımızı Birləşmiş Dövlətlərdə istehsal edəcəyik, "made in America" yaradacağıq və məşğulluğu təkrar Birləşmiş Dövlətlərə gətirəcəyik və Amerikanı tərk edərək Çin və digər ölkələrdə məşğulluq yaradan şirkətlərə gömrük vergisi tətbiq edəcəyik",- deyib
Trump ABŞ şirkətlərinə işarə edərək, "Əgər bunu burada edə bilməzlərsə, o zaman bunu başqa yerlərdə etmələri üçün böyük vergi ödəsinlər və bunu ölkəmizə göndərsinlər. Çinə iş görən şirkətlərin federal tenderləri qazanmasını önləyəcəyik və Çini virusun bütün dünyada yayılmasına göz yummaqdan cavabdeh edəcəyik" şəklində əlavə edib.
ABŞ Prezidenti, "Çinə olan asılılığımızı sona çatdıracağıq. Çünki Çinə bel bağlaya bilmərik və onların indi etdikləri kimi hərbi güc meydana gətirmələrini istəmirəm və bunu etmək üçün bizim pulumuzu istifadə edirlər" söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























