"Pikap" avtomobilləri saxlanılır - AÇIQLAMA
Baş Dövlət Yol Polisi İdarəsi "Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılmasına aydınlıq gətirib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.
“Pikap” tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir.
Dövlət vətəndaşlardan avtomobilləri nə vaxt yığa bilər?
Dünəndən sosial şəbəkələrdə mülki vətəndaşların “pick-up” ban növlü avtomobillərin yol polisi tərəfindən yığılması və hər an başlaya biləcək döyüşlərdə istifadə olunacağı haqda məlumatlar yayılıb. Bu məsələ ictimaiyyətdə müzakirələrə səbəb olub.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur: “Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir. Çünki səfərbər olunan insanların və digər resursların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac yoxdur.
Ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur. Azərbaycan Respublikasının 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb.
Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə vətəndaşlarda, müxtəlif dövlət və özəl təşkilatlarda olan, zərurət yarandıqda Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin siyahısı təsdiq edilib. Siyahıda yüksək keçidli minik avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sanitar avtomobilləri, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və s. var. Adətən xüsusi ehtiyac olan, istismarı rahat və asan olan, həm də dözümlü nəqliyyat vasitələri səfərbər olunur (məsələn, belə tələbə daha çox “UAZ”, “NİVA”, müxtəlif pikaplar, “URAL”, “Zil-131” və s. uyğun gəlir). Baha, incə davranış tələb edən ciplər bu işdə heç nəyə yaramır.
Lakin vətəndaşlar bundan heç də narahat olmamalıdır. Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir.
Göstərdiyim nəqliyyat vasitələri Silahlı Qüvvələrə səfərbərlik zamanı və müharibə dövründə təqdim olunmalıdır. Digər detallar da qanunvericilikdə təsbit edilib”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
22 d. əvvəl
İri şirkət müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verdi - 50 -DƏN ÇOX İŞÇİ TƏLƏB OLUNUR
-
9 saat əvvəl
Yüksək, orta və aşağı şikayətlərin olduğu bankların adları açıqlandı
-
12 saat əvvəl
Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb
-
13 saat əvvəl
Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib
-
13 saat əvvəl
"Azərişığ"ın Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılıb
-
14 saat əvvəl
Azerconnect Group COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə "İmarət" Yaşayış Kompleksi inşa olunacaq
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl