Avro bahalaşa bilər
Beynəlxalq valyuta birjalarında Almaniyanın ixracına dair müsbət və Amerikanın əmək bazarına dair mənfi fundamental göstəricilərin açıqlanmasından sonra EURUSD və GBPUSD məzənnələri müvafiq olaraq 1.17 və 1.29$-da dəstək görərək, bahalaşmağa başlayıb. Təhlillərə əsasən, avro 1.1782$-ı da qırarsa, 1.1855$-a kimi bahalaşa bilər. Funt sterlinqdə isə bahalaşma dalğası 1.2970$-ın qırılması ilə 1.3035$-a kimi güclənə bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da dərc ediləcək İngiltərənin iqtisadi inkişaf, sənaye və ticarət ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
Əmtəə birjalarında da neft və qızıl qiymətlərində bahalaşma müşahidə edilir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti artıq 43$-ın üzərində təklif edilir və bahalaşma 43.55$-ın qırılması ilə nəticələnərsə, növbəti hədəflər reallaşa bilər. Nvbəti hədəflər 44.52 və 45.46$-dır.
Qızılın bir unsiya üzrə qiyməti 1910$-ın üzərində dalğalanmaqdadır və 1921$-ın qırılması ilə 1946$-a kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























