“Ərdoğan kişi adamdır, quyruq bulamır” - Putin
“Ərdoğan sözünü tutan adamdır, kişidir”.
Bunu bu gün Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında çıxışında deyib.
“Dünya liderlərindən kimlərlə işləmək daha rahatdır, kimlərlə rahat deyil?” sualına cavab verən Rusiya Prezidenti tərəfdaşların rahatı və ya qeyri-rahatı olmadığını qeyd edib: “Mənim tərəfdaşlarım hamısı yüksək hazırlıqlı insanlardır. Onlar milli maraqlardan çıxış edirlər. Mən də milli maraqlardan çıxış edirəm. Ona görə də, onları rahat və qeyri-rahat tərəfdaşlara bölmürəm. Siz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dediniz. Bizim Ərdoğanla tez-tez fikir ayrılıqlarımız olur, lakin o, sözünü tutan adamdır, kişidir. Başa düşür ki, ölkəsinə nə sərf edir və onun arxasınca axıra qədər gedir”.
XXX
Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə fikirlərini bölüşüb.
Putin Türkiyə Prezidentini sözünün üstündə duran və ölkəsinin maraqlarını sona qədər qoruyan bir şəxs kimi dəyərləndirib.
“Ərdoğanla hərdən fikir ayrılıqlarımız olur. Ancaq o, sözünün üstündə duran bir insandır, kişi adamdır, quyruq bulamır. Və əgər düşünürsə ki, nə isə ölkəsinin maraqlarının xeyrinədir, bu məsələdə sona qədər gedir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
9 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
12 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















