“PMD Projects” şirkəti beynəlxalq mükafat aldı
(®️) “PMD Projects” MMC Ümumdünya Kommersiya və Müqavilələrin İdarə Edilməsi Assosiasiyası tərəfindən mükafatlandırılmışdır.
“PMD Projects” MMC tikinti layihələrinin idarə olunması və inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən şirkətdir. Təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, iaşə obyektlərinin, eləcə də, kənd təsərrüfatı təyinatlı obyektlərin tikintisi layihələrini həyata keçirir.
Yarandığı 2018-ci ildən etibarən, “PMD Projects” MMC həyata keçirdiyi tikinti layihələrində PMI, RIBA, RICS, FIDIC, ISO kimi beynəlxalq standartları tətbiq edir. Eyni zamanda, icra edilən layihələrin keyfiyyət, büdcə və qrafik baxımından daha effektiv idarə olunması istiqamətində şirkətin layihə və funksional struktur vahidlərinin inteqrasiyasının təmin edilməsi məqsədilə ən müasir təşkilati struktur üsulları istifadə edir. Belə ki, təşkilati struktur dəyişiklikləri nəticəsində, “PMD Projects” MMC-nin strateji hədəfləri ilə şirkət tərəfindən həyata keçirilən tikinti layihələrinin məqsədlərinin uzlaşdırılması tam şəkildə təmin edilmişdir.
Yerli şirkət və qurumlarla yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlıq edən “PMD Projects” MMC şirkətdə aparılmış təşkilati struktur dəyişikliyi ilə bağlı təqdimatla Ümumdünya Kommersiya və Müqavilələrin İdarə Edilməsi Assosiasiyasına (World Commerce & Contracting) müraciət etmişdir.
Müraciətin qiymətləndirilməsi nəticəsində “PMD Projects” MMC Ümumdünya Kommersiya və Müqavilələrin İdarə Edilməsi Assosiasiyasının təşkil etdiyi və Accenture, Unilever, Deutsche Bank, General Motors, Chevron, Vodafone və s. kimi qlobal şirkətlərin daimi iştirak etdiyi illik İnnovasiya və Mükəmməllik Mükafatları – 2020 (Innovation & Excellence Awards – 2020) tədbirində iştirak üçün vəsiqə qazanmışdır.
2020-ci il 3 dekabr tarixində keçirilən mükafatlandırma mərasimində isə “Global CEO Future 2025 – Realising the Unimaginable” nominasiyası üzrə Cognizant, Wärtsilä və Fujitsu kimi nəhəng şirkətlərlə müqayisədə “PMD Projects” MMC-nin fəaliyyəti və həyata keçirdiyi innovativ tədbirlər yüksək qiymətləndirilmişdir (Highly Commended). Burada həmçinin, Şirkətin COVID-19 koronavirus pandemiyası şəraitində tikinti layihələrinin idarə edilməsində standart praktikalarla yanaşı, çevik həllərin tətbiqi və mövcud resurslardan daha səmərəli istifadə təcrübəsinə ayrıca diqqət yetirilmişdir.
Ölkədə tikinti sektorunun inkişafına dəstəyin göstərilməsi məqsədilə, “PMD Projects” MMC tikinti layihələrində beynəlxalq standartların tətbiq edilməsi sahəsində əldə etdiyi təcrübəsini gələcəkdə yerli şirkətlərlə də paylaşmağı nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 d. əvvəl
- 8 d. əvvəl
-
-
18 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
27 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
29 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
43 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
48 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 48 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti





























