"Qızıl yüksəlməyə başladığı zaman adətən lap çox bahalaşır"
ABŞ-ın maliyyə xidmətləri şirkəti və sərmayə bankı JPMorgan bir araşdırma hesabatında, qızılın qiymətinin yüksəlməyə başladığı zaman (ralli) lap çox yüksəldiyinə diqqət çəkərək qızılın "rallisinin" hələ əvvəlində ola biləcəyimizi vurğulayıb.
Marja xəbər verir ki, JPMorgan-ın yayımladığı 2021 bazar proqnozları hesabatına görə, qızılın qiymətinin fövqəladə yüksəlişinin daha əvvəllərində ola bilərik.
1970-ci illərdə qızıl standartının ləğv edilməsindən sona qızıl qiymətlərində uzunmüddətli bir yüksəliş (ralli) yaşandığını lakin sonradan 20 ilə yaxın qiymətli metalın qiymətinin üfüqi qaldığını qeyd edən bank, 2000-2012-ci illər arasında qiymətlərin yenidən yüksəlişə keçdiyini vurğulayıb.
Sonradan qızılın aşağı bir performans ilə qiymətinin üfüqi qaldığına toxunan JPMorgan artıq bunun tərsinə dönməyə başladığını bildirir.
ABŞ-da iki siyasi partiyanın da büdcə kəsirini azaltmağa niyyətinin olmadığını vurğulayan bank, müasir pul siyasəti tərəfdarlarının da bu narahatlıqları artırdığını ifadə edib. Hesabatda, bəlkə də buna görə mərkəzi bankların son iki ildir qızıl alıcısına çevrildikləri vurğulanır.
Sonda JPMorgan, "Əgər qızılın növbəti bahalaşması dövrünün əvvəlində olduğumuza inanırsınızsa hazırlıqlı olmanız lazımdır",- deyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
- 5 d. əvvəl
-
15 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
16 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 18 saat əvvəl
-
18 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 18 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır


























