Dövlət elektrik stansiyalarını və telekommunikasiya müəssisələrini satışa çıxaracaq
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2021-ci ildə elektrik stansiyalarını və telekommunikasiya müəssisələrini özəlləşdirməyə açıq elan etməyi nəzərdə tutur.
Marja Hesablama Palatasına istinadən xəbər verir ki, büdcəyə elektrik stansiyalarının satışından 15 milyon manat, telekommunikasiya müəssisələrinin özəlləşdirilməsindən isə 30 milyon manat olacağı ehtimal edilir.
Bu məbləğlərin real potensiala çevrilməsi növbəti ildə müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə həmin sahələrdə yeni müəssisələrin özəlləşdirməyə açıq elan edilməsi, bu məqsədlə İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsi (götürülməsi), hazırlıq proseslərinin həyata keçirilməsi, müəssisələrin satışa çıxarılması ilə özəlləşdirmədən daxilolmaların artırılması imkanlarının gerçəkləşməsi ilə bağlıdır. Eyni zamanda, digər sahələrdə də yeni müəssisələrin özəlləşdirməyə açıq elan edilməsi istisna olunmur.
2021-ci ilin dövlət büdcəsinə özəlləşdirmədən 111 milyon manat daxil olacağı proqnozlaşdırılır. Bu məbləğdən 45 milyon manatı ehtimal olunan məbləğ kimi göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 d. əvvəl
-
11 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
-
- 14 d. əvvəl
- 17 d. əvvəl
-
20 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
22 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
36 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
41 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 41 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
-
1 saat əvvəl
“PAŞA Sığorta” başqa şirkətlərin kapitalına investisiya qoymağa hazırlaşır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı


























