İmişlidə əksər karxanaların fəaliyyətində pozuntular aşkarlanıb
“Respublika ərazisində olan bütün çay yataqlarında aparılan istismar işləri ilə bağlı monitorinqlər keçirilib”.
Bunu ETSN-nin “Ekspert saatı”nda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib. O bildirib ki, baxış zamanı bu sahədə böyük nöqsanlar olduğu müəyyənləşib: “Əsas nöqsan ekoloji tarazlığın pozulması ilə səciyyələnir. Bu fəaliyyət nəticəsində ekologiyaya ciddi ziyan dəyir. Çay yataqlarının qiymətləndirilməsi hökumətin tapşırığına əsasən həyata keçirilir”.
S.Qurbanov qeyd edib ki, İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb və bununla bağlı lazımi hüquqi addımlar atılıb: “Həm dronlarla, həm də yerli müşahidələr zamanı kənara çıxmalar qeydə alınıb”.
Onun sözlərinə görə, ötən il 100-dən çox karxananın fəaliyyəti qiymətləndirilib: “Nəticələrlə bağlı həm hüquq-mühafizə, həm də məhkəmə orqanlarına müraciət etmişik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























