Unibank kartınla ödəniş et, 10% geri al!
(®️) Bu günlərdə Unibank kartları ilə alış-veriş etmək daha da çox qazanc gətirəcək. 22 fevraldan etibarən Unibank müştəriləri əsl festival havasında olacaqlar. Çünki hər gün Unibank kart sahiblərini müxtəlif ticarət, xidmət mərkəzlərində sürprizlər gözləyir.
“Kəşbək festivalı” müddətində Albalı Plus kredit kartı ilə edilən hər bir ödəniş zamanı ödənilən vəsaitin 10% -i kart sahibinin balansına geri qayıdacaq. “Kəşbək festivalı”nın harda və nə zaman baş tutacağını isə “Unibank”ın rəsmi saytını və sosial şəbəkələrini izləyərək xəbərdar olacaqsınız. Festivalın keçirildiyi dörd gün ərzində bankın feysbuk və instaqram səhifələrini izləməklə, həmin gün harda alış-verişin sizə 10% kəşbək qazandıracağından xəbər tutacaqsınız. Bu kampaniya bütün POS-terminallarda edilən ödənişlər üçün keçərlidir.
Bazardakı bank kartlarının müqayisəsi göstərir ki, Unibank kartları ən çox kəşbək qazandıran kart məhsullarındandır. İndiyədək Unibank kart sahiblərinin qazandığı kəşbək məbləğinin həcmi 1,4 milyon manata yaxınlaşıb.
Hazırda 1000-ə yaxın partnyor mağaza və xidmət mərkəzlərində Unibank kartları ilə edilən ödənişlər zamanı kart sahibinin xərclədiyi vəsaitin bir hissəsi müştərinin hesabına qayıdır. Bankın bütün əmək haqqı kartları və eləcə də Albalı Plus kredit və Albalı Plus debet kart sahibləri partnyor mağazalarda alış- veriş edərkən, xidmətlərdən istifadə edərkən, xərclədikləri vəsaitin 30%-dək hissəsi karta geri qayıdır. Partnyor şəbəkəsində (https://unibank.az/az/cards/cashback) istənilən sektordan – supermarket, geyim, aksesuar, parfümeriya, texnika, turizm, səhiyyə və tibb, avto, ev əşyaları və digər tərəfdaşları tapmaq mümkündür.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud sosial şəbəkələrindən (www.facebook.com/unibank.az , https://www.instagram.com/unibank.az/https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























