İxrac və idxalın azalmasına baxmayaraq Gömrük planı artıqlaması ilə yerinə yetirib
Gömrük Komitəsi ağır ildə planı artıqlaması ilə icra edib2019-cu illə müqayisədə 2020-ci ildə Azərbaycanın idxal və ixrac əməliyyatlarının kəskin azalmasına baxmayaraq Dövlət Gömrük Komitəsi plan-proqnozu artıqlaması ilə icra edib. Komitənin sədrinə görə, buna səbəb kölgə iqtisadiyyatı ilə aparılan mübarizədir.
Marja xəbər verir ki, dünən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, 2020-ci il ağır bir il olsa da Dövlət Gömrük Komitəsi büdcə proqnozunu nəzərdə tutulmuş 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin edib.
“PLAN - PROQNOZ 103% YERİNƏ YETİRİLİB”
“Bu vəsaitin 1 milyard 16 milyon manatını gömrük rüsumları, 2 milyard 741 milyon manatını əlavə dəyər vergisi, 143 milyon 511 min manatını aksiz vergisi, 36 milyon manatını yol vergisi üzrə təşkil etmişdir. 2019-cu illə müqayisədə 2020-ci ildə Azərbaycanın idxal əməliyyatları 3 milyard dollara yaxın, ixrac əməliyyatları isə 6 milyard dollar azalıb. Ticarət daralmasına baxmayaraq düzgün qiymətləndirmənin və kölgə iqtisadiyyatına qarşı görülən tədbirlərin nəticəsində qarşımızda duran plan-proqnoz artıqlaması ilə - 103% icra edilib”.
5,3 MİLYARD MANAT ƏLAVƏ VƏSAİT
Səfər Mehdiyev qeyd edib ki, əvvəlki 3 illə müqayisədə son 3 ildə Dövlət Gömrük Komitəsinin xəttilə 5,3 milyard manat əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib:
“Əgər 2015-2017-ci illərdə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 6 milyard 493 milyon manat vəsait toplanmışdır. 2018-2020-ci illər ərzində isə Komitə tərəfindən 11 milyard 780 milyon manat dövlət büdcəsinə vəsait toplanıb. Əvvəlki 3 illə müqayisədə son 3 ildə Dövlət Gömrük Komitəsinin xəttilə 5,3 milyard manat əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bunun nəticəsində Dövlət Gömrük Komitəsinin dövlət büdcəsində xüsusi çəkisi 9,1%-dən 19%-dək yüksəlib”.
ƏLAVƏ VƏSAİT TOPLAMAĞI MÜMKÜN EDƏN SƏBƏBLƏR
Komitənin sədri əlavə vəsaitin toplanmasının səbəblərini də qeyd edib:
“Şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatı ilə mübarizə, Azərbaycan Respublikası gömrük xidmətinin digər ölkələrin gömrük xidmətləri arasında ilkin məlumatların ötürülməsi, mənşə ölkəsinin düzgün qiymətləndirilməsi, dəyərin qiymətləndirilməsinin risk parametrləri əsasında hesablanması və risk idarəetmə mərkəzlərinin fəaliyyətinin kompleks şəkildə təkmilləşdirilməsi nəticəsində mümkün olmuşdur”.
Qeyd edək ki, 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24 milyard 201,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 13 milyard 470,4 milyon dollarını və ya 55,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 10 milyard 730,7 milyon dollarını (44,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 milyard 739,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2019-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 138,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19 milyard 471,3 milyon dollar, idxalın dəyəri 13 milyard 667,2 milyon dollar təşkil etmiş, nəticədə 5 milyard 804,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 d. əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
10 d. əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
-
- 15 d. əvvəl
- 19 d. əvvəl
- 34 d. əvvəl
- 35 d. əvvəl
-
45 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 48 d. əvvəl
- 51 d. əvvəl
-
54 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
56 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Ən çox oxunanlar
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır



























