Prezidentdən Balaxanı Sənaye Parkı ilə bağlı Sərəncam
Azərbaycan Respublikası Prezidenti “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Marja xəbər verir ki, “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamının 2-ci hissəsi aşağıdakı redaksiyada verilib.
“2. Müəyyən edilsin ki:
2.1. Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir;
2.2. resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.”.
Qeyd edək ki, bundan əvvəl sərəncamda 2-ci bənd aşağıdakı şəkildə idi: "Müəyyən edilsin ki, Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
-
30 d. əvvəl
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
-
41 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
50 d. əvvəl
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
-
53 d. əvvəl
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Ən çox oxunanlar
Pezeşkian Əliyevə zəng edib
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ









.jpg)







