"Bakı Telefon Rabitəsi" 7,8 milyon manatlıq yük avtomobilləri aldı
"Bakı Telefon Rabitəsi" MMC "Yük avtomobillərinin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət "Azərmaş Group" MMC-dir.
"Bakı Telefon Rabitəsi" qalib şirkət ilə məbləği 7 milyon 800 min manat olan müqavilə imzalayıb.
Həmçinin "Bakı Telefon Rabitəsi" "457 indeksli Hövsan ATS-nin xidməti ərazisinin GPON texnologiyasının tətbiqi ilə telefonlaşdırılması üçün Quşçuluq yaşayış massivində görüləcək quraşdırma işlərinin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb. Qalib fiziki şəxs Səmədov Cavad Qənbər oğludur və onunla məbləği 1 milyon 698 min 550 manat olan müqavilə imzalanıb.
Müqavilə "Hövsan qəsəbəsi, Hövsan quşçuluq ərazisinin GPON texnologiyası ilə telefonlaşdırılması və EATS-557-ə qoşulması üçün xətt qurğularının tikintisi yeni quraşdırılacaq OPŞ-12-yə FO-96/48 kabellərinin çəkilməsi: (D-100 mm PVC borudan 2 kanal tikintisi (xəndəyin qazılması, borunun xəndəyə qoyulması, üstünün əks torpaqlanması-82m x 2 kanal=164 m) - 164 metr; KKS-1 tipli quyu üçün çalanın qazılması və kərpicdən tikiməsi - 2 dəst, telefon qapağının quyu üzərində quraşdırılması - 2 dəst, quyularda kabellərin montajı üçün quyu daxili quraşdırma işləri (kronşteyn, konsol, konsol boltu, yerşi) - 2 dəst, OPŞ-nin quraşdırılması üçün bünövrənin tikintisi və quraşdırılması - 1 ədəd, FO-48 kabelinin kanalda çəkilməsi - 685 metr, FO-96 kabelinin kanalda çəkilməsi - 3085 metr, FO-96 patç panelin quraşdırılması - 1 ədəd, FO-96 qolçağın quraşdırılması - 2 ədəd, FO-48 qolçağın quraşdırılması - 1 ədəd)" nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























