Bankların nağd valyuta alqı-satqısı əməliyyatlarının həcmi 2 dəfə azalıb
2021-ci ilin 1-ci rübündə manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır.
Marja Mərkəzi Bankın Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, 1-ci rüb ərzində valyuta bazarında tarazlıq müşahidə edilmişdir.
"Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilmişdir ki, bu da əsasən müşahidə edilən de-dollarlaşma meyilləri ilə izah edilir", - İcmalda bildirilir.
Qeyd edilib ki, 2021-ci ilin I rübündə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 24.5% azalaraq 5.9 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 85.6%-i ABŞ dollarında, 14.4%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 30.6%-i banklararası valyuta bazarında (BVB), 69.4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Rüb ərzində BVB-də əməliyyatların 99.5%-i ABŞ dollarında, 0.5%-i avroda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 4.1 milyard dollar ekvivalentində olmuşdur ki, bunun da 79.4%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 95.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 2 dəfə azalaraq 1.1 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 89%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Nağd xarici valyuta alqı-satqısı əməliyyatları əsasən yanvar ayına təsadüf etmişdir.
Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1.6993, orta satış məzənnəsi isə 1.7024 manat təşkil etmişdir. Rüb ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi avroya, isveçrə frankına, yapon yeninə, türk lirəsinə, rus rubluna və gürcü larisinə qarşı yüksəlmişdir. Manat bu dövrdə ukrayna qrivnasına və funt sterlinqə qarşı ucuzlaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
-
5 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 1 saat əvvəl
-
10 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ




























