Ağdamda hər bir nəfərə 18 sot həyətyanı sahə veriləcək
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.
Marja-nın məlumatına görə, “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov bildirib:
Cənab Prezident, Siz tapşırmışdınız ki, Ağdam şəhərinin planına rayon ictimaiyyəti ilə bir yerdə baxılsın. Çünki Ağdam rayonunun kommunikasiya, yol xətləri, dəmir yolu və vacib strukturunu təşkil edən meliorasiya xətləri bir-biri ilə vəhdət təşkil etməlidir. Ona görə də rayonun işğaldan azad olunmuş 70 min 900 hektarlıq bu hissəsinə baxılmış, eyni zamanda, onun coğrafi şəraiti nəzərdən keçirilmiş, iqlim şəraiti burada əks etdirilmişdir. İqlim şəraitinə görə burada hansı bitkilər əkilə bilər, hansı kənd təsərrüfatı məhsulları yetişdirilə bilər. Bunun əsasında ictimaiyyətlə, administrasiya ilə bir yerdə 71 kəndi daha rahat, daha uyğun qurmaq üçün 33 kənd layihələndirilib.
Prezident İlham Əliyev: Birinci mərhələdə olacaq. Birinci mərhələdə 33 kənd müəyyən olunub, bəzi kəndlər isə birləşəcək. Ondan sonrakı mərhələdə qalan kəndlər də tədricən bərpa ediləcək. Amma biz əsas planımızı 33 kəndin ətrafında qurmuşuq.
Ruslan Sadıqov: Burada ilkin islahatlar kənd təsərrüfatı torpaqları ilə bağlıdır. İslahatlara əsasən, təqribən 25 sotdan nəzərdə tutulub, Sizin icazənizlə 18 sotdan insanların hər birinə həyətyanı sahə müəyyən olunub. O biri rayonlara baxanda bu, yüksək rəqəmdir, Siz bunu tövsiyə etmisiniz.
Prezident İlham Əliyev: Yəni, həyətyanı sahə?
İctimaiyyət nümayəndələri: Çox yüksək rəqəmdir. Çox gözəl. Çox böyük, gen-bol.
Ruslan Sadıqov: Bunları təmin edəndən sonra Sizin tapşırığınıza uyğun olaraq, investorların cəlb edilməsi və Ağdamın müasir kənd təsərrüfatı növlərinin inkişafını təmin etmək üçün 10, 50 hektarlıq 200 müasir fermer təsərrüfatı nəzərdə tutulub. Yerdə qalan dövlət torpaqlarında isə 50,100 hektarlıq 50 müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. Eyni zamanda, Sizin tapşırığınıza uyğun olaraq, ilk böyük müəssisələr artıq ilk gündən gəliblər və burada əkin işləri aparırlar ki, əkin sahələri boş qalmasın. 1500, 3000, 4000 hektarlıq bir neçə iri, müasir təsərrüfatlar da yaradılacaq.
Prezident İlham Əliyev: Ağdamlı sahibkarlar da bunu indi eşidirlər. Gəlsinlər təkliflərini versinlər ki, burada bir qarış torpaq da boş qalmasın.
Ruslan Sadıqov: Təşəkkür edirik, cənab Prezident. Bu slayda biz fikir versək, burada kəndlərin birləşməsi nəzərdə tutulub. Bunlar elə formada birləşdirilib ki, gələcək meliorasiya kanallarının suyu bərpa olandan sonra meliorasiya strukturu kəndlərin yollarına və suyun axınına uyğun olsun, bir-birinə mane olmasın. Bu kəndləri görürsünüz, artıq Ağdam rayonunun orta hissəsində Xaçınçaydan Qarqarçayadək olan ərazini burada illüstrativ nümayiş etdiririk. Bu kəndlər bu formada birləşir və yerdə qalan dövlət torpaqları da bir ayrı formada olacaq. Kəndlərarası yolların hamısının arasında qalan yerlərdə meşə zonaları yaradılacaq ki, Ağdam şəhərində yaşıllıqlar bərpa olunsun. Kəndlər bölünəndə elə bölünüb ki, cənab Prezident, böyük hissələr 150 hektardır, biz o hissələri daha kiçik - 25 hektarlıq hissələrə bölə bilərik. Ailəyə düşən paya uyğun olaraq biz onları 4 hektarlıq, 5 hektarlıq, bir ailəyə 18 sot necə ki, deyilmişdi, elə qurulacaq ki, gələcək su xətləri artıq kənd tikilib tikilməyib, o xətlərimizin yeri bəllidir.
Prezident İlham Əliyev: Hər kəsin də suyu olacaq?
Ruslan Sadıqov: Bəli, ola bilər ki, meliorasiya xətləri 2-3 il sonra qurulsun, artıq onların planları uyğun olacaq və heç kəsə də mane olmayacaq. Yeni sistem üzrə, burada bu şəkildə görünür, hər bir həyətin önündə suları, meliorasiya suları olacaq. Bu, imkan verəcək ki, Ağdam rayonunun sakinləri istəsələr həm intensiv təsərrüfat qura, həm də dədə-baba qaydası ilə də öz işlərini apara bilərlər.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 d. əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
-
8 d. əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 22 d. əvvəl
-
25 d. əvvəl
2 milyon manatlıq istiqraz – 18 aylıq müddət, 16% gəlirlilik – abunə başlayır
-
44 d. əvvəl
bp Azərbaycanda neftverməni artıracaq layihəni tamamladı - Gücü 20% yüksəldib
-
54 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mingəçevirdə 221 milyon manatlıq nəhəng tekstil layihəsi: 2300 yeni iş yeri açılacaq
-
1 saat əvvəl
Quba-Xəzəryanı zonasında neft-qaz ehtiyatlarının dəqiq həcmi müəyyənləşdiriləcək
-
2 saat əvvəl
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
17 sahə, 7 il güzəşt, 50% vergi endirimi
Mingəçevirdə 221 milyon manatlıq nəhəng tekstil layihəsi: 2300 yeni iş yeri açılacaq
Ən çox oxunanlar
Avropa Bankının istiqrazları üzrə son kupon və nominal ödənişləri həyata keçiriləcək
Sabahdan 20 min manatdan yuxarı elektron köçürmələr izlənəcək
“Made in Azerbaijan” üçün yeni əməkdaşlıq memorandumu imzalandı




























