Unibank müştəriləri ödənişləri telefonla edəcək
®️ Unibank müştəriləri indi ödənişləri daha qısa müddətdə və daha rahat edə biləcəklər.
Yeni NFC texnologiyalı xidmət, ödənişləri mobil telefon vasitəsilə həyata keçirməyi mümkün etdiyindən, pulqabında bank kartlarını gəzdirməyə də ehtiyac qalmır. Android smartfonlarında təmassız (NFC) ödənişləri həyata keçirmək üçün UBank app-ında yeni uPay xidməti müştərilərin istifadəsinə verilib. Contacltess imkanlı kartlarla ödəniş edilən bütün POS-terminallarda smartfonun NFC texnologiyası ilə ödəniş etmək mümkündür (https://www.youtube.com/watch?v=RHQjVSyaGqc ).
Bazardakı mövcud NFC texnologiyalı xidmətlərdən fərqli olaraq, ilk dəfə mobil tətbiqə daxil olmadan, sadəcə telefonu POS-terminala yaxınlaşdırmaqla, ödəniş etmək mümkündür. Hələ ki, Android smartfonlarda və Mastercard kartları üzrə istifadə olunan xidmətin, gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.
Unibank müştərisi NFC funksiyası olan telefonlarda uPay sistemində ödəniş kartını seçməklə, bu xidmətdən çox rahatlıqla istifadə edə biləcək.
Həmin kartla ödəniş etmək üçün:
- 100 AZN-dən aşağı məbləğlərdə sadəcə smartfonun ekranını işıqlandırmaq;
- 100 AZN və yuxarı məbləğlər üçün smartfonu blokdan açmaq kifayətdir.
Unibank kartın olmasa belə, UBank əlavəsini yükləyərək rəqəmsal kart yaratmaqla, NFC texnologiyalı ödənişlərindən istifadə edə bilərsən.
Yaxın vaxtlarda Unibank tərəfindən rəqəmsal xidmətlər sahəsində müştəriyönümlü daha bir neçə yeni məhsul və xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.
Unibank-Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























