Unibakdan daha bir imkan: istədiyin yerə pul köçürməsini telefonundan et
Unibank müştəriləri dünyanın istənilən ölkəsinə pul köçürməsini Bank filialına getmədən, növbələrdə gözləmədən edəcəklər.
Dünyanın üç ən böyük pulköçürmə sistemi indi Unibank müştərisinin telefonundadır. “Unibank”ın mobil tətbiqi olan UBank mobil əlavəsində istər Western Union, istər Contact, istərsə də Zolotoya Korona pulköçürmə xidmətlərinin bütün imkanlarından istifadə etmək mümkündür. Unibank müştərisi sadəcə UBank tətbiqinə daxil olaraq, istənilən ölkəyə saniyələr ərzində pul göndərə və ya qəbul edə bilər.
“Unibank”ın bazardakı yeni mövqeləndirməsinə uyğun olaraq, məhz müştərinin rahatlığına və istəklərinin qarşılanmasına yönəlmiş yeni xidmət, onların zamanını daha da dəyərli edəcək.
UBank vasitəsilə pulköçürmələri bu üstünlükləri yaradır:
-Banka getmədən, növbələrdə vaxt itirmədən dünyanın bir çox ölkəsinə pul köçürmək və qəbul etmək;
-Köçürdüyün pulun saniyələr ərzində ünvanına çatması;
-Köçürməni debet və ya kredit kartı, digər bankların əlavə edilmiş kartları və ya mövcud cari -hesabları seçməklə aparmaq imkanı.
Azərbaycanın ən çox istifadə edilən mobil bank əlavələrindən biri olan UBank istifadəçilərinin sayı artıq 1 milyonu ötüb. Mobil əlavə müştəriyə banka gəlmədən əksər bank məhsul və xidmətlərindən 24/7 istifadə imkanı verir. Hətta Unibank müştərisi olmayanlar da, bu mobil tətbiqdən rahatlıqla istifadə edə bilirlər.
Unibank-Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























