Qafqazın ən hündür dağının ətəyində kurortun tikilməsi planlaşdırılır
Rusiya Federasiyasına daxil Qaraçay-Çərkəz Respublikasının rəhbərliyi 2023-cü ilədək Elbrus dağının ətəyində "Cılı Suyu" sanatoriya-kurort kompleksinin və ona gedən yolun tikintisi layihəsinə başlamağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə bölgənin rəhbəri Rəşid Temrezov çərşənbə günü İnstaqramda elan edib.
“2021-2023-cü illərdə Kuban dərəsində, uzunluğu 17 km olan "Cılı-Suyu" turizm və rekreasiya klasterinin magistral yolunun tikintisi nəzərdə tutulur".
Temrezov yazıb ki, "Cılı-Suyu" kurort kompleksinin tikintisi də planlaşdırılır.
Layihə turizm sektorunda inkişaf etdirilən milli layihələr siyahısına daxil edilməsi üçün "Rostourism"ə göndərilib.
Yoldan əlavə, uzunluğu 20 km olan elektrik ötürücü xətti, 170 otaqlı sanatoriya-kurort kompleksi, 200 yerlik restoran və alpinizm şəhərciyinin inşası planlaşdırılır. Narzan bulaqları yenilənəcək, hovuzu və idman zalı olan idman kompleksi, müalicə otaqları inşa ediləcəkdir.
Bölgəyə 2021-ci ildə turist axınının 15% artıracağı gözlənilir. Proqnozlara görə, bu il respublikanı təxminən 1,7 milyon insan ziyarət edəcək. 2020-ci ildə Qaraçay-Çərkəzi 1,5 milyondan çox turist ziyarət edib. Respublikada istirahət üçün ən populyar yerlər Arxız və Dombay kurortları, Teberda Biosfer Qoruğu və Bal Şəlalələri turizm kompleksidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
11 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 12 saat əvvəl
-
13 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























