Expressbank fiziki məhdudiyyətli müştərilərinə xüsusi qayğı və diqqət göstərir
(®️) Müştəri üçün yaxın tərəfdaş və daimi məsləhətçi olmağı özünə strateji hədəf və korporativ missiya olaraq müəyyən edən Expressbank, maliyyə xidmətlərini hər kəs üçün əlçatan və əlverişli etmək üçün çalışır.
Müştəri məmnunluğuna hədəflənən bu yolda Expressbank, hər zaman öz ideallarına sadiq qalaraq ən qabaqcıl təcrübə və ən son yenilikləri tətbiq edərək müştərilərinə yüksək keyfiyyətli xidmət göstərir və bununla da artıq çox sayda insanın etimadını qazanmağa müvəffəq olub.
Həssas əhali qrupuna aid edilən fiziki məhdudiyyətli müştərilərinə isə Bank xüsusi diqqət ve qayğı ilə yanaşır. Sağlamlıq imkanları məhdud olan şəxslər üçün maliyyə və bank xidmətlərinin əlçatanlığının artırılması və bu qrupdan olan müştərilərin rahat şəkildə qəbulunun təmin edilməsi məqsədilə Bankın bütün filiallarında xüsusi oturacaq yerləri ayrılıb. Həmçinin, bu şəxslər Bankın istənilən filialına yaxınlaşdıqları zaman onların növbədənkənar xidmət olunması diqqət mərkəzində saxlanılır.
Expressbank bu kateqoriyadan olan əhalinin bank infrastrukturuna maneəsiz girişi üçün əlavə imkanların yaradılması və bank mühitinin onların tələbatlarına uyğunlaşdırılması istiqamətində işləri bundan sonra da davam etdirmək əzmindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























