Azərbaycan Standartlaşdırma İnstitutunun xalis mənfəəti təxminən 4 dəfə azalıb
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2020-ci ili 33 min manat xalis mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 3,8 dəfə azdır.
Ötən il AZSTAND-ın vergiyəqədərki mənfəəti 42 min manat (əvvəlki ilə nisbətən 3,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 8 min manat (4 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə İnstitutun aktivləri 6 milyon 93 min manat olub ki, bu da illik müqayisədə 0,2% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 3,7 dəfə azalaraq 17 min manata düşüb, balans kapitalı isə 0,5% artaraq 6 milyon 76 min manata çatıb.
Xatırladaq ki, AZSTAND ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon 323 min manatdır. İnstitut standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliklə məşğuldur.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























