Türkiyənin quru meyvə sektoru 2023-də 3 milyard dollar ixrac hədəfləyir
Türkiyənin quru meyvə sektoru 2023-cü ili üçün 3 milyard dollarlıq ixrac hədəfi müəyyən edib.
Marja xəbər verir ki, bunu Quru Meyvə və Məmulları İxracatçıları Birliyinin sədri Birol Celep bildirib.
Birol Celep, 2020-2021 mövsümündə indiyədək 60 min ton quru əncir, 184 min ton üzüm və 82 min 500 ton quru ərik ixrac edilərək 848 milyon dollar gəlir əldə edildiyini bildirib.
Celep, sektorda illik ixracın 5 ildir 1,4 milyard dollar səviyyəsində qadığını xatırladıb:
"2019-da cəmi quru meyvə ixracı miqdar ifadəsilə 485 min ton, dəyər ifadəsilə 1 milyard 416 milyon dollar, 2020-ci ildə isə miqdar ifadəsilə 477 min ton, dəyər ifadəsilə 1 milyard 399 milyon dollar olaraq reallaşıb".
Celep, sağlam qidalara tələbin və istehlakçı gözləntilərinin artdığını, rəqabətin daha da çətinləşdiyini vurğulayıb.
Həm istehlakçı gözləntilərini qarşılaya bilmək, mövcud bazarları qorumaq və yeni bazarlara daxil ola bilmək, həm də Çin, Özbəkistan kimi rəqib istehsalçılar ilə rəqabət aparmaq lazımdır.
Celep, "Dünyanın ən böyük üzüm istehsalçısı və ixracatçısı olaraq üzüm bazarına alıcıların deyil, bizlərin istiqamət verəcəyi, quru əriyimizin də dünya bazarlarında layiq olduğu dəyəri tapacağı bir sistemi qura bilərik" deyib.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
13 d. əvvəl
Quba-Xəzəryanı zonasında neft-qaz ehtiyatlarının dəqiq həcmi müəyyənləşdiriləcək
-
-
21 d. əvvəl
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
-
39 d. əvvəl
Nazirlik “SpaceXAI” ilə razılaşdı – Grok Azərbaycanın dövlət xidmətlərinə gəlir
-
50 d. əvvəl
Avropa Bankının istiqrazları üzrə son kupon və nominal ödənişləri həyata keçiriləcək
-
1 saat əvvəl
Sabahdan 20 min manatdan yuxarı elektron köçürmələr izlənəcək
-
2 saat əvvəl
Xəzərdə nəhəng enerji layihəsi: “Abşeron”a 4,2 milyard dollar yatırılacaq
-
2 saat əvvəl
“Made in Azerbaijan” üçün yeni əməkdaşlıq memorandumu imzalandı
-
2 saat əvvəl
Rəqəmsal biznesə güzəştlərin qaydası dəyişir – ixrac edən daha çox dəstək alacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Avropa Bankının istiqrazları üzrə son kupon və nominal ödənişləri həyata keçiriləcək
“Made in Azerbaijan” üçün yeni əməkdaşlıq memorandumu imzalandı
Ən çox oxunanlar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Prezident geri qaytardı, layihə təkmilləşdirildi, yenidən parlamentə təqdim edildi - vergi güzəştləri gündəmdə
PalmPay artıq “Bazarstore”da!
Azərbaycanda daha bir şirkət ləğv olunur – böyük şirkətə birləşir




























