Azərbaycanda startapların inkişafı məqsədilə mərkəzlər yaradılacaq - YENİ LAYİHƏ
Yerli Texnoloji Startapların İnkişafına Dəstək layihəsi(®️) EKVİTA-nın Almaniyanın STEINBEIS GMBH & CO.KG şirkəti ilə birgə icra “Yerli Texnoloji Startapların İnkişafına Dəstək" layihəsinin cari ilin sonuna qədər bitməsi gözlənilir. Layihənin təşəbbüsü ilə universitetlər və digər mərkəzlərdə startapların inkişafı məqsədilə startap mərkəzlərinin ( "startup hubs" ) yaradılması planlaşdırılır.
2021-ci ilin birinci rübündə Asiya İnkişaf Bankı tərəfindən təşəbbüs edilən Yerli Texnoloji Startapların İnkişafına Yardım Layihəsi Azərbaycanın bölgələrində startapların inkişafına dəstək vermək məqsədi ilə ekosistemin inkişafına, həmçinin yerli institusional potensialın gücləndirilməsinə dəstək olacaqdır.
Layihə çərçivəsində Gəncə şəhəri və Şamaxı rayonunda texnoloji startapların və innovativ sahibkarlıq ekosistemlərinə texniki dəstək nəzərdə tutulur. Belə ki, Gəncə və Şamaxıda texnoloji startapların böyüməsi üçün imkanları müəyyənləşdirmək, diaqnostik tədqiqatlar aparmaq və məlumat mübadiləsi etmək üçün əməkdaşlıq fəaliyyətləri həyata keçirilir.
Layihənin icraçı təşkilatları qismində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Xidməti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında İnnovasiyalar Mərkəzi (İnnovasiyalar Mərkəzinə aid “INNOLAND” vasitəsi ilə), Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti cəlb edilmişlər.
Qeyd edəki ki, EKVİTA - hüquq, vergi və idarəetmə üzrə tam konsaltinq xidmətlərini göstərən 80 nəfər peşəkarlar heyətli bir şirkətdir. Şirkətin müştəriləri arasında Dünya miqyasında fəaliyyət göstərən Fortune 500 siyahısına daxil olan bir neçə fəal şirkət mövcuddur. EKVİTA hökumət layihələrində iştirak etməklə paralel, həm də beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edir.
Şirkətin fərqi - ümumi biznes konsaltinqi ilə özündə hüquqi, maliyyə və vergi sektorları üzrə kifayət qədər güclü təcrübəni birləşdirən peşəkar xidmətlərin kompleks şəklində göstərilməsidir.
EKVİTA -nın bazardakı lider mövqeyi beynəlxalq reytinq təşkilatları və digər müvafiq beynəlxalq standartlar tərəfindən tanınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























