Abşeron Logistika Mərkəzi gömrük rejimlərinin effektiv tətbiqinə başladı
(®️) Abşeron Logistika Mərkəzi logistika və ticarətin inkişafına dair müəyyən edilmiş hədəfə uyğun olaraq, yük dövriyyəsinin artırılması, tranzit yüklərin cəlb edilməsi və həmin yüklər üzərində əlavə dəyər yaradılması istiqamətində bir sıra strateji layihələr həyata keçirir. Hal-hazırda Mərkəzdə gömrük rejimlərinin effektiv tətbiqi ilə qonşu ölkələrin gömrüklü anbarlarında saxlanılan yük həcmlərinin bir qisminin ölkəyə cəlb edilməsi məqsədilə tranzit yüklərin emalından və re-eksport rejimindən yararlana biləcək bir çox beynəlxalq şirkətlərlə danışıqlar aparılır. Həmçinin daşınan yüklərin dəmiryoluna cəlb edilməsi vasitəsilə ölkədə dəmiryolu ilə daşınan yüklərin həcminin artırılması hədəflənmişdir.
Qeyd etmək istərdik ki, mərkəz tranzit yüklərin cəlbində əhəmiyyətli rol oynayan gömrük anbar rejiminin tətbiqinə keçən aydan etibarən start verib. Gömrük anbarı rejiminin əsas xüsusiyyəti yüklərin gömrük rüsumları, əlavə dəyər vergisi alınmadan gömrük anbarlarında yerləşdirilə və müəyyən müddətə qədər saxlanıla bilməsidir.
Gömrük anbarlarına böyük həcmdə gələn yüklər çeşidləmə, qablaşdırma və emal əməliyyatlarından keçirilərək daha sonra ixrac imkanlarının mövcud olması, həmçinin yüklərin vergi ödəmədən və ticarət siyasəti tədbirləri tətbiq olunmadan təkrar ixrac olunana qədər saxlanılması tranzit yüklərin cəlb edilməsində əhəmiyyətli rol oynayır.
Bu xidmətdən yararlanmaq istəyən sahibkarlar Abşeron Logistika Mərkəzinin www.absheronport.az web-səhifəsinə və [email protected] mail ünvanına müraciət edə, həmçinin (+994 12) 404 76 00, (+994 50) 555 52 52 məlumat mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Abşeron Logistika Mərkəzi tranzit yüklərin gömrük anbarlarında qəbulu üçün zəruri olan bütün infrastruktura malikdir. Belə ki, mərkəz “A+” kateqoriyalı, “WMS” proqram təminatı ilə təchiz olunmuş anbar kompleksinə sahibdir. 65,7 ha ərazini əhatə edən Mərkəzdə konteyner və vaqon daşımaları, ölkədaxili daşıma, anbar, gömrük və broker xidmətləri təklif olunur. Mərkəzdə yaradılmış “bir pəncərə” sistemi və ərazisində “Abşeron” gömrük postunun yerləşməsi sahibkarlar üçün şəffaf şəraitin yaradılması, rahatlığın təmin edilməsinə zəmin yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























