“Bakı Metropoliteni”ndə meqa zərər!
“Bakı Metropoliteni”nin yığılmış zərəri 565 milyon manata çatıb.“Bakı Metropoliteni” QSC 2020-ci ili 83 milyon 543 min manat zərərlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 51,7% çoxdur.
Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565 milyon 240 min manata çatıb.
Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 21 milyon 623 min manat (əvvəlki ilə nisbətən 68,6% az), dövlət büdcəsindən aldığı dotasiya 67 milyon 679 min manat (37% çox), sair əməliyyat gəlirləri 3 milyon 534 min manat (38,1% az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 4 milyon 928 min manat (22,8% az), istifadə etdiyi neft məhsullarının dəyəri 680 min manat (9,3% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 6 milyon 628 min manat (40,9% az), istifadə etdiyi qazın dəyəri 168 min manat (2,3% az), istifadə etdiyi suyun dəyəri 4 milyon 156 min manat (0,8% çox), işçi heyəti üzrə xərcləri 44 milyon 660 min manat (3,1% az), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 103 milyon 413 min manat (7,9% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 179 min manat (17,8% çox), tikinti və avadanlıqlarının qalıq dəyəri 666 min manat (44,8% çox), digər xərcləri 7 milyon 532 min manat (19,15% az), sair əməliyyat xərcləri isə 3 milyon 370 min manat (29,1% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 2 milyard 513 milyon 284 min manat olub ki, bu da illik müqayisədə 2,5% çoxdur.
Hesabat dövründə qurumun öhdəlikləri 9% artaraq 58 milyon 917 min manata, balans kapitalı isə 2,4% artaraq 2 milyard 454 milyon 367 min manata, o cümlədən nizamnamə kapitalı 4,9% artaraq 3 milyard 19 milyon 606 min manata çatıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























