Dövlət Vergi Xidmətindən "SEYF ELAKE" açıqlaması - "Nalayiq və təhqiramiz ifadələr işlədilib"
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, Son dövrlər “kölgə iqtisadiyyatı”nın azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində sahibkarlıq subyektlərinin iqtisadi dövriyyələrinin artması istiqamətində müsbət nəticələr müşahidə olunur.
Bu sahədə aparılan mühüm tədbirlərdən biri də vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulan formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarət tədbirləridir.
İyul ayında aparılan belə nəzərət tədbirlərindən biri zamanı "SEYF ELAKE" MMC-nin üçüncü şəxslər üçün malların idxalını həyata keçirdiyi və Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilmiş 09.12.2019-cu il tarixli 1000/05/001 nömrəli Qaydaların 3.1.2-ci bəndinə əsasən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının sahəsi və mövcud şəraiti idxal edilən malların həcmi və növü ilə uyğunluq təşkil etməməsi səbəbindən risklərin olduğu müəyyən edilib. Belə ki, vergi ödəyicisinin anbar olaraq qeydiyyata qoyduğu təsərrüfat subyektinin çoxmərtəbəli yaşayış binasında mənzil olması, idxal edilən malların həmin ünvanda saxlanılmasının mümkün olmadığını göstərir.
Birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, həmin müəssisəyə aidiyyəti (rəhbər və ya etibarnamə üzrə nümayəndə) olmayan vətəndaş Məmmədov Rəşid Mustafaqulu oğlu tərəfindən malların gömrük ərazisindən çıxarılmasına cəhd edilib. Bu zaman R.Məmmədov vergi orqanı əməkdaşlarının ünvanına nalayiq və təhqiramiz ifadələr işlədib, Dövlət Vergi Xidmətinin Dövlət Gömrük Komitəsinə ezam olunmuş texniki işçisi Məmmədov Şahir Nadir oğlu ilə mübahisə edib. Həmin proses zamanı əsassız videoçəkiliş edən R.Məmmədov özünün qanunsuz hərəkətləri olan hissələrini gizli saxlamaqla videonun yalnız sonluğunu sosial şəbəkələrdə yayımlayıb.
"SEYF ELAKE" MMC-nin rəhbəri İsmayilova Nərminə Mais qızı vergi orqanına dəvət edilərək aşkar olunmuş nöqsanlar ona izah edilib. Qeyd olunan nöqsanlar müəssisənin rəhbəri tərəfindən qəbul edilib və aradan qaldırılacağı bildirilib. Daha sonra birgə eyniləşdirmə tədbiri yekunlaşdırılaraq malların gömrük nəzarətindən buraxılması təmin edilib.
Dövlət Vergi Xidməti bildirir ki, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi hallar qanunvericiliyin pozulmasına gətirir. “Kölgə iqtisadiyyatı”nın artmasına şərait yaradan belə halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























