800-dən çox obyektdə nəzarət -12 min nəfərə yaxın qonaqda nöqsanlar aşkar edilib
Dövlət Vergi Xidmətinin yayadığı məlumata görə, şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə şadlıq saraylarında gündəlik monitorinqlər davam etdirilir. Monitorinq qrupları tərəfindən bu günədək 800-dən çox obyektdə şənlik mərasimləri keçirilərkən qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb.
Növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu, əsasən toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması və s. ilə bağlıdır. Belə ki, monitorinq aparılan mərasimlərdə iştirak edən 108 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində (12 min nəfərə yaxın) nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 500 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub. Bununla yanaşı, monitorinqlər zamanı 21 şənlik mərasiminin icazə.e-gov.az portalına daxil edilmədən təşkil olunduğu da aşkarlanıb.
Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbət aparıb və nöqsanlar yerindəcə aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub və monitorinq qrupları yeni ailə quranlara hədiyyələr təqdim ediblər.
Monitorinqlər zamanı şənlik mərasimləri keçirilən təsərrüfat subyektləri (şadlıq evləri, restoran, istirahət mərkəzləri) üzrə vergi ödəyicilərinin muzdlu işçilərinin vaksin və immun sertifikatı ilə əhatə olunması vəziyyəti də araşdırılıb. Araşdırmalar göstərir ki, bu sahədə əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Belə ki, maarifləndirmə tədbirlərinə başlandığı vaxtdan ötən dövr ərzində xidmət persolanının vaksinləşmə göstəricisi 42,5%-dən 72,1%-ə yüksəlib. Bu həmçinin, vergi ödəyicilərinin muzdlu işçilərinin qeydiyyatının şəffaflaşması deməkdir.
Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl olunmalı, işçi heyəti zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin etməlidir. Məkan sahibləri şənlik məclisləri barədə icaze.gov.az portalında müvafiq qeydiyyat aparlmalı, zalların ölçüsünə, qonaq tutumuna, iştirakçıların müvafiq sənədlərə malik olmasına diqqət yetirməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























