Azərbaycan şirkəti xaricə 80 milyon manatlıq qızıl və gümüş satıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov cari ilin ilk 6 ayının Səhmdar Cəmiyyət üçün olduqca əlamətdar dövrə, “AzerGold”un fəaliyyətə başlamasının 5-ci ildönümünə təsadüf etdiyini xatırladıb. Şirkətin bu illər ərzində kifayət qədər uğurlu yol qət etdiyini qeyd edən sədr iyulun 22-də Prezident İlham Əliyevin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə gerçəkləşdirdiyi tarixi səfərin şirkətin fəaliyyətinə verilən ən yüksək qiymət və əlavə stimul olduğunu diqqətə çatdırıb. Zakir İbrahimov Prezident İlham Əliyevin səfər çərçivəsində şirkətin fəaliyyəti və ölkənin dağ-mədən sənayesinə dair bir sıra vacib tövsiyyələr verdiyini qeyd edib. Onun sözlərinə görə, dövlət başçısının konkret tapşırıqları bu sektorun inkişafında müsbət təsirləri ilə yadda qalacaq.
Sədr cari ilin ilk 6 ayında həm hasilat, həm ixrac və satış, geoloji kəşfiyyat, eləcə də digər sahələrdə işlərin plana uyğun, bəzi sahələr üzrə plandan daha artıq və tam qrafik üzrə yerinə yetirildiyini qeyd edib.
Bildirilib ki, cari ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 16 %, gümüş hasilatında isə 9 % artım qeydə alınıb. Bununla yanaşı, 25.4 min unsiya qızıl, 56.1 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsaitin həcmi 46.9 milyon ABŞ dolları (79.7 milyon manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6.8 % çoxdur.
Qeyd olunub ki, “AzerGold” fəaliyyət göstərdiyi dövr ərzində 254.5 min unsiya qızıl və 456.3 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 657 milyon manatdan çox vəsait cəlb edib. Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7.1 %-i həcmində vəsait ayırılıb. Bununla belə, şirkət qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırıb.
Məlumat verilib ki, cari ilin birinci yarımilində Cəmiyyətin vergi ödənişləri də vaxtında və tam həyata keçirilib. Ümumilikdə, cari ilin birinci yarımilində dövlət büdcəsinə 18.1 milyon manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 16.6 milyon manatı vergi, 1.5 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə 59 milyon manata yaxın məbləğdə vergi və rüsumlar ödənilib.
Zakir İbrahimov hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını qeyd edərək, 2020-ci il üzrə maliyyə auditinin nəticələrinə əsasən, Səhmdar Cəmiyyətin öz səhmdarı olan dövlətə bu il ilk dəfə dividend ödənişini həyata keçirəcəyini diqqətə çatdırıb.
Daha sonra müvafiq şöbələrin rəhbərləri cari ilin ilk 6 ayı ərzində görülmüş işlər və layihələrin icra vəziyyətinə dair təqdimatlarla çıxış ediblər. Zakir İbrahimov yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması istiqamətində geoloji kəşfiyyat işlərinin daha da intensivləşdirilməsi, bütün sahələr üzrə artım dinamikasının qorunub saxlanılması barədə müvafiq tapşırıqlarını verib. Müşavirədə 2021-ci ilin ikinci yarımilində görüləcək işlər diqqətə çatdırılıb və tədbirə yekun vurulub.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
7 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
8 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 9 saat əvvəl
-
9 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Ən çox oxunanlar
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
























