Vergi Xidmətinin rəisi: Metal məmulatları biznesində bir sıra nöqsanlar müəyyən olunub
Metal məmulatlarının istehsalı və satışı sahəsində çalışan şirkətlərlə görüş keçirilibİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində metal məmulatlarının qəbulu, istehsalı və satışı sahəsində fəaliyyət göstərən şirkətlərlə görüş keçirilib.
Xidmətin yaydığı məlumata görə, görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbər şəxsləri iştirak edib.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli vergi orqanları tərəfindən uçotun dürüstləşdirilməsi, biznes sahələrinin fəaliyyətində şəffaflığın təmin olunması və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə yönəlmiş fəaliyyət prinsipləri yalnız vergi orqanlarının deyil, vergi ödəyicilərinin fəaliyyətini də əhatə edir.
Xidmət rəisi qeyd edib ki, vergi orqanları metal məmulatlarının qəbulu, istehsalı və satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətini təhlil edib və bu sahədə bir sıra nöqsanların olduğu müəyyən olunub. Digər sahələrdə olduğu kimi, metal məmulatlarının qəbulu sahəsində sənədsiz əməliyyatlar və sahibkarlıq subyektlərində qanunvericiliyə əməl edilməsi ilə bağlı kənarlaşmalar müşahidə olunur. Bu sahədə əməliyyatların qanun çərçivəsinə salınması zəruridir.
O.Nəzərli bu sahədə müşahidə olunan qanun pozuntuları, xüsusən metal tullantılarının qəbulu və məhsul satışı sahəsində mövcud nöqsanlar barədə məlumat verib, qeyd edilən məsələlərin həlli istiqamətində təkliflər səsləndirib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli metal tullantılarının radiasiya müayinəsi, müvafiq ölçmə cihazlarının mövcudluğu, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı ilə əlaqədar avadanlıq və qurğuların dövlət standartlarının tələblərinə uyğunluğu, sahibkarlıq subyektlərinin müvafiq sertifikatlar və uyğunluq sənədlərinə malik olması ilə bağlı tələbləri bir daha görüş iştirakçılarının nəzərinə çatdırıb.
Görüşdə metallurgiya sahəsində təmsil olunan şirkətlərin fəaliyyəti, istehsal olunan məhsulların satışı ilə bağlı mövcud çətinliklər, məhsulların ixracı və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə olunub. Vergi öhdəliklərinin icrası, vergi yoxlamaları, vergi nəzarəti və hesabatlılığa dair, habelə bu sahədə çalışan şirkətlər üçün mövcud qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra sahibkarların sualları cavablandırılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib, səsləndirilən təkliflər qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























