Kənd təsərrüfatı texnikasının maliyyələşdirilməsində yeni maliyyə mexanizmi
(®️) Kənd təsərrüfatında yüksək məhsuldar nəticələr almaq üçün ilkin mərhələdə düzgün planlaşdırma durur. Torpağın vaxtında və düzgün şumlanması, mövsüm boyu vaxtında aparılan aqrotexniki qulluq və məhsulun vaxtında və itkisiz yığılması məhsuldarlığını artıran əsas faktorlardır. Bunun üçün də fermerlərin daim yeni və müasir kənd təsərrüfatı texnikalarına ehtiyacı yaranır. Son illərdə, bu bazarın tam liberallaşdırılması kənd təsərrüfatı texnikalarını fermerlər üçün daha əlçatan etsə də, bəzi təkmilləşdirmələrə hələ də yer qalmaqdadır.

Fermerlər növbəti il üçün yeni texnikaları bu il təsərrüfatdan əldə etdikləri qazancla alırlar və bu da qərarların son məqamda verilməsinə gətirir. Eyni zamanda hal hazırda davam edən COVİD-19 virusunu pandemiyası istehsal və logistika proseslərində əhəmiyyətli dərəcədə neqativ dəyişiklər yaradıb. Malların istehsal müddəti uzanıb, daşınma müddətlərində qeyri-müəyyənliklər yaranıb, logistika xərcləri artıb. Nəticədə fermerlərin texnikalı daha baha qiymətə əldə etməsinə və hətta bəzi hallarda texnikasız qalmalarına gətirib çıxara bilər.
Bütün bunları nəzərə alaraq Azərbaycanda ilk dəfə tam fərqli bir maliyyələşdirmə mexanizmi tətbiq olunur. Belə ki, cəmi 5% ilkin ödəniş edərək "New Holland TC 4.90" kombaynını 15 sentyabr tarixinədək sifariş vermək olar. Bu zaman, erkən sifariş nəticəsində texnikanın qiymətində 10,000 AZN-dək qənaət etmək və mövsüm başlayanadək tam hazır texnikanın əldə olunmasında əmin olmaq olar.

Bu fürsət yerli fermerlər və aqrar sahədə biznes fəaliyyəti göstərilən şəxslər üçün "Prior Leasing" ASC tərəfindən yaradılıb. Düzgün planlaşdırma aparan və texnikaları əvvəlcədən sifariş edən şəxslər üçün "Prior Leasing" ASC rəsmiləşdirmə komissiyası və bütün sığorta xərclərini hədiyyə edir. Eyni zamanda bu kampaniya daxilində fermerlər 40% dövlət subsidiyasından da istifadə edə biləcəklər.
Qeyd edək ki, “Prior Leasing” ASC 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkalrlar tərəfindən tərəfindən təsis edilmişdir. Şirkətin əsas fəaliyyəti yerli istehsalçılarla yanaşı, Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə olan xeyli sayda texnika istehsalçılarının məhsullarının nəğd və ya güzəştli lizinqlə satışını həyata keçirməkdir. Başlıca məqsədi xidmət və məhsulları fermerlərə əl çatan etmək, onlara göstərilən xidmətlərin vaxtını və əlavə xərclərini azaltmaq olan şirkət 14 filial və sərgi salonları vasitəsi ilə fermerlərə xidmət göstərir. Fermerlərə regionlarda göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi məqsədi ilə 2020-ci ildə “Prior Leasing” ASC Bank olmayan Kredit Təşkilatı “Prior Credit” QSC-ni təsis etmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müvafiq lisenziya almışdır.
Əlaqə vasitələri:
Tel: 858
(050) 878 8800
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























