3 ayda 53 milyon smartfon satıb, gəlirləri 14,2% artıb
Ağıllı telefon istehsalında dünya liderlərindən biri olan Çinin Xiaomi şirkətinin 2021-ci ilin ikinci rübündə cəmi gəlirləri 87,79 milyard yuan (13,5 milyard dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% çoxdur. Marja xəbər verir ki, bu, şirkətin çərşənbə günü yaydığı hesabatda yer alıb.
Aprel-iyun aylarında xalis mənfəət illik müqayisədə 4,2% artaraq 6,32 milyard yuan (976,8 milyon dollar) olub.
Bu müddət ərzində şirkət illik müqayisədə 86,8% artımla 52,9 milyon smartfon satıb. Bu göstəriciyə görə Xiaomi dünyada ikinci yeri tutub. İkinci rübdə smartfon satışından əldə olunan gəlir 86,8% artaraq 59,1 milyard yuan (9,1 milyard dollar) olub.
Bu ilin mart ayının sonunda Xiaomi öz elektrikli avtomobillərinin istehsalına başlamaq planlarını təsdiqləyib. Rəsmi açıqlamaya görə, bunun üçün direktorlar şurası, 100% bir törəmə şirkətin qurulmasına qərar verib. Müvafiq strukturun yaradılması iyulun sonunda elan edilib.
Xiaomi, 2010 -cu ilin aprelində qurulub və hazırda dünyanın ən böyük smartfon istehsalçılarından biridir. 2018-ci ildə şirkət Honq Konq birjasında səhmlərinin ilkin satışını həyata keçirib. Ötən ilin dekabr ayının sonunda Xiaomi-nin bazar kapitallaşması ilk dəfə olaraq 100 milyard dolları keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI


























