Koronavirusun daha təhlükəli variantının sürətlə yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib
Cənubi Afrika Respublikasında (CAR) yeni koronavirus variantının (C.1.2) sürətlə yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Bu barədə “Bloomberg” CAR mütəxəssislərinin araşdırmasına istinadən məlumat yayıb.
Cənubi afrikalı alimlər tərəfindən aparılan araşdırma zamanı məluma olub ki, yeni C.1.2 ştammının həyəcanverici sayda mutasiyaları meydana gəlib: Bu mutasiyalar virusa sürətlə yayılma qabiliyyəti verir və antitellərə qarşı müqaviməti artırır. Hazırkı COVID-19 peyvəndlərinin C.1.2 əleyhinə təsirli olub-olmadığı bilinmir”.
Qeyd edək ki, C.1.2 ştammı ilk dəfə may ayında Cənubi Afrikanın Mpumalanqa və Qautenq əyalətlərində aşkar edilib. Avqustun 13-dək CAR-ın doqquz əyalətinin altısında qeydə alınıb və Konqo Demokratik Respublikası, Portuqaliya, Yeni Zelandiya, İsveçrə, habelə Mavrikiyə də nüfuz edib. Sözügedən ştamm 2020-ci ilin ortalarında Cənubi Afrikada dominant olan C.1-dən mutasiya edib.
Xatırladaq ki, CAR-da pandemiya başlayandan 2.76 milyondan çox koronavirusa yoluxma, qeydə alınıb. Təxminən 81.5 min nəfər isə koronavirusun qurbanı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
10 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
12 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 13 saat əvvəl
-
13 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























