294 sahibkarlıq subyekti əmlakına dəyən ziyana görə 4,2 milyon manat aldılar
44 günlük Vətən müharibəsi dövründə Ermənistanın təxribatı nəticəsində sahibkarlara dəyən ziyan aradan qaldırılır.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, müvafiq rayonlarda dövlət başçısının 6 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının işçi qrupları tərəfindən araşdırmalar aparılıb, 294 sahibkarlıq subyektinin əmlakına ziyan vurulduğu müəyyənləşdirilib və dəymiş ziyanın həcmi qiymətləndirilib.
Müəyyən olunub ki, Vətən müharibəsi dövründə 294 sahibkarlıq subyektinin əmlakına dəyən ziyanın ümumi məbləği 4 milyon 741 min 647 manat təşkil edir.
Daşınmaz əmlakı dağıdılmış və qəzalı vəziyyətə salınmış sahibkarlıq subyektlərinin dövriyyə vəsaitlərinə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan vasitələrinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib və zərər çəkmiş sahibkarlara vəsaitlərin ödənilməsinə başlanılıb. Avqust ayının sonuna artıq 245 sahibkarlıq subyektinin müvafiq bank hesabına 4 milyon 261 min 941 manat vəsaitin ödənişi təmin olunub. Proses davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI


























