"Volvo yaxın bir neçə gün ərzində İPO planlarını açıqlayacaq"
İsveç şirkəti "Volvo" IPO (səhmlərin ilkin kütləvi satışı) hazırlıqlarını yekunlaşdırır və yaxın bir neçə gün ərzində planlarını açıqlayacaq.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi "Financial Times" qəzeti öz mənbələrinə istinadən yazıb.
Onların fikrincə, Çinin "Geely" şirkətinə məxsus "Volvo" şirkətinin dəyəri 25 milyard dollara çata bilər.
2010-cu ildə "Volvo" şirkətini "Ford Motor" şirkətindən 1,8 milyard dollara alan "Geely", ABŞ ilə Çin arasındakı "ticarət müharibəsi"ndən qorxaraq 2018-ci ildə IPO-nu təxirə salmışdı. O vaxt "Geely", İsveç markasının 30 milyard dollar dəyərində olacağına inanırdı.
İsveçin avtomobil istehsalçısı "Volvo" elektrikli avtomobillərin salonunda təbii dəridən istifadəni dayandırmaq niyyətində olduğunu açıqlayıb. Plana görə, 2025-ci ilə qədər şirkətin yeni modelləri təkrar emal edilmiş və bioloji xammaldan ibarət olacaq. Volvo 2030-cu ilə qədər yalnız tam elektrikli avtomobillər istehsal etmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
13 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
14 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 15 saat əvvəl
-
16 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























