İqtisadiyyat naziri: “Bu ilin 9 ayında vergi ödəyicilərinin sayı 5 % artıb”
“Biz yüksələn iqtisadi dinamikanı vergi ödəyicilərinin sayında da müşahidə edirik”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə bildirib.
“Bu ilin 9 ayında Azərbaycanda vergi ödəyicilərinin sayı 5% artıb. Qlobal səviyyədə, o cümlədən ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə bağlı biznesə verilən dəstək, eləcə də vaksinasiya beynəlxalq maliyyə qurumlarının Azərbaycanla bağlı proqnozlarına təsir edib və onlar bu il üçün iqtisadi artım proqnozlarımızı yaxşılaşdırıblar. Ümumilikdə, son 10 ildə ölkədə aparılan struktur islahatları, iqtisadiyyatın şaxələndirilməsi qeyri-neft-qaz sektorunu iqtisadiyyatın aparıcı inkişaf amilinə çevrilib, ümumi daxili məhsulun (ÜDM) tərkibində onun xüsusi çəkisi 48%-dən 70%-ə çatıb”, - deyə o, qeyd edib.
Azərbaycan son 10 ildə 57 milyard dollar birbaşa xarici sərmayə cəlb edib
iqtisadiyyat naziri bildirib ki, Azərbaycanın sənaye zonalarında istehsalın ümumi dəyəri 4,3 milyard manatdan çox olub.
Onun sözlərinə görə, sənaye zonalarına qoyulmuş sərmayələrin ümumi məbləği isə 6,1 milyard manatı keçib.
“Son 10 ildə ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar cari və gələcək dövrlərdə iqtisadi artımın mühüm amillərindən biri olub. Bu dövr ərzində ölkəyə cəlb edilmiş birbaşa xarici investisiyaların məbləği 57 milyard ABŞ dolları təşkil edib. Son vaxtlar alternativ energetikaya xarici investorların marağı artıb”, - deyə M.Cabbarov qeyd edib.
“Pandemiyaya görə yardım 5 milyon vətəndaşı əhatə edib”
Nazir, “Koronavirus (COVID-19) pandemiyasından əvvəl dünya iqtisadiyyatında orta hesabla 3,5% illik artım olmuşdusa, pandemiyanın davam etdiyi 2020-ci ildə 3,2% azalma olub”, - bildirib.
“Ötən il pandemiya ilə bağlı Azərbaycanda ümumi daxili məhsil 4,3% azalıb. Dövlətin gəlirləri azalsa da, hökümət makro iqtisadi sabitliyin təmin edilməsi üçün əhaliyə və biznesə 2,7 milyard ABŞ dolları məbləğində yardım göstərib. Bu yardım paketi 5 milyon vətəndaşı əhatə edib”, - deyə o, qeyd edib.
Nazirin sözlərinə görə, 2021-2022-ci illər Azərbaycan iqtisadiyyatının bərpa dövrü olacaq və münbit dinamika bu ilin sonuna qeyri-neft ixracının dəyərini 2,2 milyard dollara çatdırmağa imkan verəcək.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
45 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib




























