VTB (Azərbaycan) 10,4%-dək gəlirliliklə "Avans" əmanətini təklif edir
Təkcə VTB-də fiziki şəxslərin depozit portfeli ilk 8 ayda 22,4% artmaqla 32,4 milyon manata çatıb.(®) VTB (Azərbaycan) müştərilərinə 10,4%-dək gəlirliliklə yeni "Avans" əmanətini təklif edir. Müştərilər depozit aça və faiz ödənişlərini öncədən ala bilərlər.
Depozit manatla 1095 günə qədər yerləşdirilə bilər. Minimum əmanət məbləği 500 manatdır. Müştərilər eyni məbləğ və müddət üçün vəsait yerləşdirmə müddətini bir dəfə uzada bilərlər. Qismən mədaxil və ya pul çıxarılması təmin edilmir.
“Azərbaycanlıların maliyyə fəallığı ənənəvi olaraq ilin sonuna artır. Təkcə VTB-də fiziki şəxslərin depozit portfeli ilk 8 ayda 22,4% artmaqla 32,4 milyon manata çatıb. Bir çox müştəri sərfəli yerləşdirmə variantları axtarır. Əmanətlərə olan yüksək tələbatı nəzərə alaraq, VTB (Azərbaycan) faizləri əvvəlcədən ödəməklə bazarda analoqu olmayan bir əmanət təklif edir. Strateji məqsədimiz müştərilərimizə davamlı olaraq bu cür rahat və faydalı məhsullar təklif etməkdir”, - deyə İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin şərh etdi.
VTB (Azərbaycan) müştərilərinin "Universal" və "Sərfəli" uzunmüddətli və "Sərbəst" qısamüddətli əmanətləri də var.
VTB (Azərbaycan)-ın ümumi depozit portfeli ilin əvvəlindən 17,4% artaraq avqustun sonuna 96,7 milyon manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























