Bu il Çində ən çox satılan elektrikli avtomobillər
2021-ci ilin 3 rübü üzrə məlumatlar göstərir ki, Tesla, Çində ən çox satılan ilk 3 elektrikli avtomobil modellərindən 2-si Tesla elektromobilləridir.
Marja xəbər verir ki, Çinin Sərnişin Avtomobilləri Assosiasiyasının çərşənbə günü yaydığı məlumatlara görə, Tesla, Xpeng və Nio kimi rəqiblərindən qabaqdadır.
2021-ci ilin 3 rübündə (9 ayda) Çində ən çox satılan 15 yeni elektromobil siyahısı:
1. Hongguang Mini (SAIC-GM-Wuling)
2. Model 3 (Tesla)
3. Model Y (Tesla)
4. Han (BYD)
5. Qin Plus DM-i (BYD)
6. Li One (Li Auto)
7. BenBen EV (Changan)
8. Aion S (GAC Motor spin-off)
9. eQ (Chery)
10. Ora Black Cat (Great Wall Motor)
11. P7 (Xpeng)
12. Song DM (BYD)
13. Nezha V (Hozon Auto)
14. Clever (SAIC Roewe)
15. Qin Plus EV (BYD)
Məlumata görə, Çində ən çox satılan elektromobil, General Motors-un Wuling Motors və SAIC Motor ilə birgə müəssisəsi tərəfindən hazırlanmış kiçik bir nəqliyyat vasitəsi olan Hongguang Mini-dir.
Minik avtomobilləri assosiasiyasına görə, Elon Musk-ın avtomobil istehsalçısı Çində 200 min dən çox elektrik avtomobili satıb - 92 min 933 Model Ys və 111 min 751 Model 3s.
Keçən il Çindəki satışlar Teslanın gəlirinin təxminən beşdə birini təşkil edib. ABŞ-da yerləşən avtomobil istehsalçısı, Çində istehsal etdiyi Model Y-ni bu ilin əvvəlində satışa çıxarmağa başlayıb. Şirkət iyul ayında avtomobilin daha ucuz versiyasını da satışa çıxarıb.
Tesla-nın səhmləri bu il təxminən 15% bahalaşıb, ABŞ-da ticarət olunan Nio səhmləri isə 25%-dən çox ucuzlaşıb. Xpeng-in səhmləri isə təxminən 7% dəyərdən düşüb.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
11 d. əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
1 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
1 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
2 milyon manatlıq istiqraz – 18 aylıq müddət, 16% gəlirlilik – abunə başlayır
-
2 saat əvvəl
bp Azərbaycanda neftverməni artıracaq layihəni tamamladı - Gücü 20% yüksəldib
-
2 saat əvvəl
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır
17 sahə, 7 il güzəşt, 50% vergi endirimi






























