“AS Group Investment” şirkəti Dövlət Bayrağı və Zəfər Gününə həsr olunmuş tədbir keçirib - FOTOLAR
Tədbir “Renessans Palace” yaşayış kompleksində baş tutub.(®) Noyabrın 9-da “AS Group Investment” şirkəti “Renessans Palace” Yaşayış Kompleksində Zəfər Gününə və Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir təşkil etdi. Tədbirə rəsmi qonaqlar, şəhid ailələri və kompleksin sakinləri qatılmışdılar.
Tədbirin əsas qonaqlarından biri də Cümhüriyyətimizin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə idi. O, tədbirdə çıxış edərək Qarabağ savaşında qazandığımız qələbədən və dövlət bayrağımızın, müstəqilliyimizin keçdiyi tarixi yoldan danışaraq xalqımızı bayram münasibətilə təbrik etdi.
Tədbirdə həmçinin “AS Group” şirkətinin mənzil hədiyyə etdiyi şəhid ailələri – şəhidNiyazi İsgəndərovun xanımı Könül İsgəndərova və şəhid Mehman Qənbərovun xanımı Xuraman Qənbərova çıxış edərək qonaqlarla ürək sözlərini bölüşdülər.
Tədbirin bədii hissəsinə respublikanın əməkdar artisti Şəhriyar İmanov və Dövlət Rəqs Ansamblının üzvləri çıxışları ilə xüsusi rəng qatdılar. Tədbirin sonunda şəhid Mehman Qənbərovun oğlu Nurlan Qənbərov əməkdar artist Şəhriyar İmanovla birlikdə bütün şəhidlərimizin ruhuna ithaf olaraq tarda Qarabağ şikəstəsini ifa etdilər. Tədbir xalqın birlik rəmzi sayılan “Cəngi” rəqsi ilə tamamlandı.
2003-cü ildə fəaliyyətə başlayan “AS Group İnvestment” hazırda biznes faəliyyətini daha da genişləndirərək tikinti, daşınmaz əmlak, istehsalat, kənd təsərrüfatı, nəqliyyat və daşımaçılıq, HoReCa istiqamətləri üzrə çalışır. “AS Group Investment” həmçinin, beynəlxalq layihələrə imza ataraq ölkəmizə investisiyanın cəlb olunmasında da mühüm işlər görür. “AS Group Investment” şirkəti haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq əldə edə bilərsiz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 d. əvvəl
Sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib
- 2 d. əvvəl
-
-
12 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 15 d. əvvəl
- 18 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
23 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
37 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
42 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti



























