Azercell-in dəstəyilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verildi
Uşaqlar beş idman növü üzrə yarışlarda iştirak edəcəklər(®) Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-in dəstəyilə təşkil olunan Uşaq Paralimpiya İdman Oyunlarına yenidən start verilir. Uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə karantin rejiminin tələblərinə uyğun olaraq ənənəvi oyunların hər bir idman növləri üzrə ayrı-ayrı yarışlarla, azarkeşlər olmadan keçirilməsi qərara alınıb.
2021-ci ilin Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində Sumqayıtda yerləşən Respublika Paralimpiya İdman Kompleksində pouerliftinq üzrə test yarışları baş tutub, həmçinin stolüstü tennis oyunları keçirilib. İlin sonunadək uşaq paralimpiyaçıları digər idman növləri üzrə yarışlarda da iştirak edə biləcəklər. Balaca idmançılar cüdo (26 noyabr), üzgüçülük (4 dekabr) və taekvando (10 dekabr) üzrə yarışlarda güclərini sınayacaqlar.
2014-cü ildən etibarən Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Paralimpiya Komitəsi indiyədək sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetməni öz ətrafına toplaya bilib. Burada uşaqlar peşəkar məşqçilərin köməyilə 10 idman növü - cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri, dağ xizəyi və snoubord ilə məşğul olurlar. Onlar həmçinin, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitə sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edir. "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 d. əvvəl
Sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib
- 2 d. əvvəl
-
-
12 d. əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 15 d. əvvəl
- 18 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
23 d. əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
-
37 d. əvvəl
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
-
42 d. əvvəl
Azərbaycanın aqrar və aqrar-sənaye ixracı 1 milyard dollara yaxınlaşıb
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Ən çox oxunanlar
Azərbaycanın ən böyük 10 ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan neftinin son qiyməti


























