Xorvatiya Fransadan 12 "Rafale" qırıcısının alınması üçün müqavilə imzalayıb
Xorvatiyanın baş naziri Andrey Plenkoviç və Fransa prezidenti Emmanuel Makron cümə axşamı Xorvat tərəfinin Fransanın çoxməqsədli “Rafale” qırıcılarını alması barədə razılığa gəliblər.
Marja xəbər verir ki, bu barədə iki ölkə liderləri Zaqrebdə birgə mətbuat konfransı zamanı bildiriblər.
Görüş zamanı iki ölkə liderləri strateji tərəfdaşlıq sazişi imzalayıblar, bundan sonra Xorvatiyanın müdafiə naziri Mario Banoziç və fransalı həmkarı Florens Parley qırıcıların tədarükünə dair müqavilə imzalayıblar.
Makronun səfərinin rəsmi hissəsi Xorvatiya prezidenti Zoran Milanoviç ilə danışıqlarla başlayıb və o, jurnalistlərə bildirib ki, qırıcıların alınması “Xorvatiya üçün həm strateji, həm də maliyyə baxımından böyük bir işdir”.
“Fransa və Xorvatiya təhlükəsizlik və iqtisadiyyat sahəsində əlaqələrini gücləndirəcək, ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açacaq strateji tərəfdaşlığa başlayırıq. Bu yeni tərəfdaşlıq və strateji yaxınlaşma Xorvatiyanın bizdən 12 "Rafale" qırıcısı almaq qərarı ilə möhkəmlənir”, - deyə Makron çıxışında bildirib.
O qeyd edib ki, bu saziş ölkələrə həm ikitərəfli səviyyədə, həm də Avropanın xeyrinə daha səmərəli əməkdaşlıq etməyə imkan verəcək.
Xorvatiyanın baş nazirinin daha əvvəl dediyi kimi, bu saziş “Xorvatiya ordusu və Xorvatiya hava qüvvələrinin müdafiəsini gücləndirmək üçün yeni səhifə açır”.
İlk təyyarələrin Xorvatiyaya 2023-cü ilin sonu - 2024-cü ilin əvvəlində çatacağı gözlənilir.
Xorvatiya hökuməti köhnəlmiş MiQ-21-dən keçidi təmin etmək üçün mayın sonunda Fransadan çoxməqsədli qırıcıları almaq qərarına gəlib.
"Rafale" təyyarəsi müasir hücum və naviqasiya sistemləri, yüksək inteqrasiya olunmuş sensor və özünümüdafiə sistemləri ilə təchiz edilmişdir. Həmçinin son nəsil radar və geniş çeşidli silahlardan istifadə etmək imkanı ilə təchiz edilmiş ikimühərrikli çoxfunksiyalı qırıcıdır. O, həmçinin 9,5 tona qədər faydalı yüklə tapşırıqları yerinə yetirməyə qadirdir. Qırıcı aşağı radara düşmə qabiliyyətinə malikdir və bu onu qismən görünməz edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
12 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 14 saat əvvəl
-
14 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























