Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gürcüstanda bir milyon insana qumar oynamaq qadağan ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstanda bir milyon insana qumar oynamaq qadağan ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Gürcüstanda onlayn kazinoda oynamağın qadağan ediləcəyi şəxslərin bazası yaradılacaq”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, qumar oyunlarına əlçatanlığın məhdudlaşdırılacağı şəxslərin sayı yetkinlik yaşlı təqribən bir milyon nəfər təşkil edəcək.

Hökumət başçısı qeyd edib ki, bazaya sosial yardım alanlar, dövlət qulluqçuları, ailə üzvünün tələbi ilə məhkəmə qərarı əsasında qara siyahıya düşəcək şəxslər daxil ediləcək.

Qeyd edək ki, qonşu ölkədə onlayn kazinolar mərhələli şəkildə qadağan olunacaq. İlk olaraq oyun biznesi sahəsində fəaliyyət göstərən şirkətlər üçün vergilər 65-70 % artırılacaq və oyunçuların yaş həddi 25-ə qədər qaldırılacaq.

 

Telegramda Marja.az səhifəsinə abunə olun

“Report”

29.11.2021 11:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18