Azərbaycanda Büdcə Məcəlləsi hazırlanır
“Büdcə Məcəlləsinin hazırlanması üzərində iş gedir”.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Maliyyə naziri qeyd edib ki, millət vəkillərinin də tövsiyələrinə uyğun olaraq Büdcə Məcəlləsi hazırlanır və bu, müəyyən vaxt aparacaq: “Hazırda isə Vətən müharibəsində qazanılan Zəfərin yaratdığı reallıqlar və müasir dövrün çağırışları kontekstində, o cümlədən mövcud qanunvericiliyə uyğun təklif olunan bu dəyişikliklərin qəbulu aktualdır”.
Gələn ildən büdcə qaydasının təkmilləşdirilmiş variantda tətbiqi nəzərdə tutulur
“2020-ci ildə pandemiya ilə əlaqədar qanunla icrası 2022-ci ilə qədər dayandırılan büdcə qaydasının tətbiqinin bərpası nəzərdə tutulur. Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunub”.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Maliyyə naziri qeyd edib ki, “Büdcə sistemi haqqında” qanunda olan anlayışlara, deputatlar, o cümlədən Hesablama Palatası tərəfindən qaldırılan bir sıra məsələlərə də yenidən baxılıb, sənəd yeni redaktədə dəqiqləşdirilib: ““Büdcə sistemi haqqında” qanunda edilən dəyişikliklərə uyğun olaraq “Dövlət borcu haqqında” qanuna da dəyişikliklər təklif olunur. Burada əsasən dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu ilə bağlı məsələlər öz əksini tapıb”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 d. əvvəl
- 26 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























