İngiltərə Mərkəzi Bankından sürpriz faiz qərarı
İngiltərə Mərkəzi Bankı inflyasiyanı dayandırmaq üçün siyasət faizini pandemiyadan bu yana ilk dəfə artıraraq 0.10%-dən 0.25%-ə yüksəldib.İngiltərə Mərkəzi Bankı inflyasiya təzyiqlərinin artması ilə əlaqədar olaraq pul siyasəti faizini rekord aşağı səviyyə olan 0.10%-dən 0.25%-ə qaldırıb. Qiymətli kağızların alışı proqramını isə dəyişdirməyərək 895 milyard sterlinqdə saxlayıb.
Marja xəbər verir ki, iqtisadçılar və bazarlar faizdə dəyişiklik gözləmirdilər.
Bank açıqlamasında inflyasiyanın Aprel ayında 6% ətrafına yüksələrək rekord qıracağını və pul siyasətində "mülayim sərtləşdirmə" ola biləcəyini qeyd edib.
İngiltərədə inflyasiya Noyabrda 4.2%-dən 5.1%-ə yüksələrək son 10 ilin ən yüksək səviyyəsinə çatıb və Mərkəzi Bankının 2%-lik hədəfinin üzərində reallaşıb.
Dünən də ABŞ Mərkəzi Bankı (Fed) gələn il 3 dəfə faiz artıracağının siqnalını verib. Bu gün Norveç Mərkəzi Bankı da faizini artırıb.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
-
7 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 7 saat əvvəl
-
8 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
8 saat əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
9 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
9 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır




























